Ermənistanla əlaqələrin normallaşmasına çalışan şəxs "Qalatasaray"ın İdarə Heyətində -FOTO
Ötən gün “Qalatasaray”da növbədənkənar konfrans keçirilib.
Sportfm.az xəbər verir ki, konfransda klubun yeni prezidenti də seçilib. İstanbul klubunun tarixində ilk dəfə prezident seçkidə qalib gələ bilməyib. Belə ki, "Qalatasaray"ın hazırkı prezident Dursun Özbək bu posta yeni namizəd olan Mustafa Cengizə məğlub olub. Türkiyənin ən çex çempion olan komandasının 37-ci prezidenti olan Cengizin klubun idarəçiliyinə gətirəcəyi adamların siyahısında Türkiyənin 2001-2004-cü illərdə Azərbaycandakı səfiri, 1998-ci ildən bəri bu ölkənin Ermənistanla əlaqələrinin qaydaya salınması üzrə diplomatik missiyanı üzərinə götürən Ahmet Ünal Çeviköz də yer alıb. O, Celal Açar, Ahmet Sabri Şenkal, Acar Baltaş, Nejat Güney, Okan Böke, Adil Araboğlu, Emre Erdoğan, Cenk Soyer, Hacı Hüseyin Toprakla birlikdə klubda əsas üzv kimi çalışacaq.
Qeyd edək ki, yeni prezident Mustafa Cengiz 1703 səs toplayıb.
Oxşar xəbərlər
"Beşiktaş"da prezident seçkisi keçirildi - Ahmet Nur Çebi ilə davam
"Qalatasaray"da prezident seçkilərinin vaxtı açıqlandı
Prezident yenidən əməliyyat edildi
“Qalatasaray” yeni prezidentini seçdi
“Qalatasaray”da yeni prezident
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası