reklam
Azərbaycan və Ermənistan yığmaları eyni qrupa düşdü
Sportfm.az xəbər saytı

Azərbaycan və Ermənistan yığmaları eyni qrupa düşdü


Basketbol üzrə gənclər arasında Avropa çempionatının püşkü atılıb.

Sportfm.az xəbər verir ki, Almaniyanın Frayzinq şəhərində baş tutan mərasimdə Azərbaycanın kişilərdən ibarət U-16, U-18 və U-20 yığmalarının da rəqibləri müəyyənləşib.

C divizionunda yer alan U-16 millisi Avstriya, Ermənistan, San Marino, Albaniya və Moldova ilə birgə A qrupuna düşüb. Bu qrupun oyunları 3 - 11 iyulda San Marinonun Serravalle şəhərində keçiriləcək.

B divizonunda qərarlaşan U-18 yığması B qrupunda Belçika, Macarıstan, Gürcüstan, Estoniya və Avstriya ilə birgə 27 iyul - 5 avqustda Makedoniyanın paytaxtı Skopyedə mübarizə aparacaq.

B divizionunda çıxış edəcək U-20 isə Litva, Belçika, Belarus və Makedoniyaya rəqib olub. Bu komandaların yer aldıqları A qrupunun oyunları 13 - 22 iyulda Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq.

Oxşar xəbərlər

Millimiz Ermənistanla eyni qrupda - Avropa çempionatı
Yığmamız Ermənistanla eyni qrupda - Avropa çempionatı
Millimiz Ermənistanla eyni qrupa düşdü - Avropa çempionatı
Yığmamızın rəqibləri bilindi - Konfrans Liqası
Millimiz Almaniya yığması ilə eyni qrupa düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər