reklam
Fransa Almaniyadan intiqam almaq istəyir
Sportfm.az xəbər saytı

Fransa Almaniyadan intiqam almaq istəyir


Fransa millisinin hücumçusu Oliver Jiru EURO 2016-nın yarımfinalında Almaniya ilə oyun öncəsi fikirlərini bildirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, sözügedən qarşılaşmada "DÇ-2014"də Almaniyaya məğlubiyyətin intiqamını almağa çalışacaqlarını deyib:

"2014-cü ildə keçirilən dünya çempionatındakı oyunun əvəzini çıxmağı arzulayırıq. Noyabrda onları məğlub etmişdik. Amma bu, sadəcə hazırlıq görüşü idi. Azarkeşlərimiz qarşısında yarımfinal oyununa çıxacağımız üçün şanslıyıq. Ümid edirəm ki, Marsel azarkeşləri də parislilər kimi bizi dəstəkləyəcəklər".

Qeyd edək ki, Fransa "DÇ-2014"un 1/4 finalında Almaniyaya 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırmışdı.

Oxşar xəbərlər

EURO 2016: Şvayntştayger tarixə düşdü
Löv: “Onları əvəz etmək çətin olacaq”
De Rossinin oynayıb-oynamayacağı dəqiqləşdi
EURO 2016-da ilk dəfə
EURO 2016: Fransa – Rumıniya oyununun ən yaxşısı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər