Rauf Əliyevsiz "Kukesi" meydanda dava saldı -FOTO
Antalyada təlim-məşq toplanışını davam etdirən “Fənərbaxça” yoxlama matçında meydana çıxıb.
Sportfm.az saytı xəbər verir ki, İstanbul təmsilçisi Albaniyanın “Kukesi” klubu ilə görüşdə meydandan 2-2 bərabərliklə ayrılıb. Oyunun sonlarına yaxın futbolçular arasında dava düşüb. Buna səbəb hakimin qərarı olub. Albanlar qapılarına təyin olunan 2-ci penalti zamanı rəqib futbolçularla mübahisə etməyə başlayıb, sonda bu əlbəyaxa davaya çevrilib. Hər iki klubun rəsmilərinin müdaxiləsindən sonra futbolçuları sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, yığmamızın sabiq üzvü Rauf Əliyev mövsümün əvvəlində “Kukesi” klubu ilə müqavilə bağlamışdı. Albaniya klubunun heyətində 6 ay çıxış etdikdən sonra hücumçu Azərbaycana qayıtdı.
Oxşar xəbərlər
Albanlar hansı futbolçusunu Bakıya gətirə bilmədi?
“Qəbələ” komandası ilk yoxlama oyununa çıxdı
"Qəbələ" Albaniya klubu ilə bərabərə qaldı
Rauf Əliyev oynadı, komandası uduzdu
Rauf Əliyev Albaniyada fərqləndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli komandalarda yeni baş məşqçilər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Mahir Məmmədov FIDE-nin vitse-prezidenti seçildi - Üçüncü dəfə
-
Yığmamızın Şotlandiya ilə matçının hakimləri bilindi
-
Azərbaycan millisi Litva ilə bərabərə qaldı - Millətlər Liqası
-
Azərbaycan millisi mübarizəyə başlayır - Millətlər Liqası















Misli Premyer Liqası