reklam
“Neftçi”nin sabiq hücumçusu karyerasını bitirdi
Sportfm.az xəbər saytı

“Neftçi”nin sabiq hücumçusu karyerasını bitirdi


"Neftçi"nin sabiq hücumçusu Vladimir Voskoboynikov futbolçu karyerasını bitirib.

Sportfm.az xəbər verir ki, o, 34 yaşında butslarını mismardan asmaq qərarına gəlib. Voskoboynikov bundan sonra əvvəllər şərəfini qoruduğu "Levadiya"nın akademiyasında idman direktoru kimi çalışacaq. Bu barədə məlumatı klubun saytı yayıb.

Xatırladaq ki, Voskoboynikov 2009/10 mövsümündə "Neftçi"nin şərəfini qoruyub. O, "ağ-qaralar"ın heyətində ümumilikdə 11 oyun keçirib, 1 qol vurub. Estoniyalı sabiq hücumçu karyerası ərzində Bakı təmsilçisindən başqa, "Eupen", "Brussels", "Torpedo" (Moskva), "Ximki", "Dinamo" (Tiflis), "Luç Energiya" kimi komandalarda da top qovub. Onun son çıxış etdiyi klub Estoniya "İnfonet"i olub.

2007-2013-cü illər aralığında Estoniya yığmasının da şərəfini qorumuş Voskoboynikov, millidə keçirdiyi 36 oyunda 4 qol vurub.

Oxşar xəbərlər

Klub tarixinin bombaridiri karyerasını bitirdi - FOTO
Pisarro 41 yaşında karyerasını bitirdi
"Neftçi"nin sabiq hücumçusu "Reyncers"lə anlaşdı - FOTO
“Arsenal”ın sabiq hücumçusu aşağı liqa klubunda
Məşhur futbolçu musiqiyə görə futboldan getdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər