“Keşlə” klubu Kamerun millisinin sabiq futbolçusunu baxışa çağırıb.
Sportfm.az xəbər verir ki, bu, Herve Tçamidir. Almaniyanın “Herta” klubunun yetirməsi olan 30 yaşlı son cinah yarımmüdafiəçisinin son iş yeri Səudiyyə Ərəbistanın “Hacer” komandası olub.
Kamerun yığmasında 1 oyun keçirən Tçami karyerası ərzində Polşanın "Zaqlembe", "Poqon", Macarıstanın "Solynok", "Honved", İsveçin "Varnamo", Əlcəzairin "Bel-Abbes", Omanın "Əl-Orouba", Portuqaliyanın "Feirense" və Türkiyənin "Giresunspor" klublarında çıxış edib.
Qeyd edək ki, “Keşlə”nin baxışa çaxırdığı daha bir futbolçu Serbiyadandır. Lakin onun kimliyini dəqiqləşməyib. (report.az)