Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimiz Avroliqa çempionu oldu
Bu gün qadın voleybolçular arasında Avropa Liqasında son oyun keçirilib. Sportfm.az saytının məlumatına görə, turnirin həlledici matçı Bakıda baş tutub.
Azərbaycan və Slovakiya milliləri final mərhələsinin cavab qarşılaşmasında üz-üzə gəliblər.
İlk matçda səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gələn millimiz əlin düşən əla imkanı boşa verməyib.
Faiq Qarayevin yetirmələri rəqibinə heç bir şans verməyərək rahat qələbə qazanıb - 3:0.
Bununla da Azərbaycan yığması çempion olaraq tarixində ilk titulunu qazanıb. Belə ki, hər zaman Avropanın ən güclülərindən sayılan qadın yığmamız buna baxmayaraq heç bir yarışda çempion ola bilməmişdi.
Qeyd edək ki, yarışın qalibi baş mükafatla yanaşı, Dünya Qran-prisinə vəsiqə də əldə edib.
Avropa Liqası
Final mərhələsi, cavab oyunu
3 iyul
Azərbaycan – Slovakiya - 3:0 (25:15, 25:22, 25:20)
Hakimlər: Giorgio Giani (İtaliya), Helana Geldof (Hollandiya)
Bakı. İdman Sarayı
İlk oyun: Slovakiya – Azərbaycan – 1:3 (19:25; 25:18; 22:25; 20:25)
Oxşar xəbərlər
Millimiz dünya çempionu oldu
Qızlardan ibarət millimiz Avropa çempionu oldu
Millimiz "A" divizionuna vəsiqə qazanıb
İlk titulun astanasında
Avropa Liqası: Millimiz səfərdə Slovakiya üzərində qələbə qazandı - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli komandalarda yeni baş məşqçilər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Mahir Məmmədov FIDE-nin vitse-prezidenti seçildi - Üçüncü dəfə
-
Yığmamızın Şotlandiya ilə matçının hakimləri bilindi
-
Azərbaycan millisi Litva ilə bərabərə qaldı - Millətlər Liqası
-
Azərbaycan millisi mübarizəyə başlayır - Millətlər Liqası















Misli Premyer Liqası