reklam
Millimiz
Sportfm.az xəbər saytı

Millimiz "A" divizionuna vəsiqə qazanıb


İtaliyanın Katanya şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Liqası turnirinin Super Final mərhələsində Azərbaycan milli komandası bu gün son oyununu keçirib. Sportfm.az xəbər verir ki, Super Final mərhələsinin final qarşılaşmasında millimizin rəqibi Macarıstan yığması olub. Oyun 5:5 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən futbolçularımız 4:3 (ümumi hesabda 9:8) hesabı ilə qalib gəlib. Bununla da, millimiz Avropa Liqasının "B" divizionundan "A" divizionuna vəsiqə qazanıb.
Xatırladaq ki, Avropa Liqası turnirinin Super Final mərhələsində millimiz Türkiyə yığmasını 5:3, İngiltərə komandasını 2:0, Çexiya futbolçularını isə 5:1 hesabı ilə məğlub etmişdi.
 
 

Oxşar xəbərlər

Millimiz B Divizionunda
Millimiz Türkiyə yığmasını məğlub etdi
Yığmamız finala vəsiqə əldə edib
Millimiz İngiltərəyə qalib gəldi
Millimiz Danimarkanı məğlub etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər