""Qarabağ"ın hədəfi düşüncələrimdən də yüksəkdə idi"
Mən hər dəfə çağırışlara can atıram. "Qarabağ"ın hədəfi düşüncələrimdən də yüksəkdə idi.
Sportfm.az xəbər verir ki, bunu "Qarabağ"ın fiziki hazırlıq üzrə sabiq məşqçisi Ruben Selles Danimarkanın "Orxus" komandasında eyni vəzifəyə keçidinin səbəbini açıqlayarkən deyib. 35 yaşlı mütəxəssis bildirib ki, Çempionlar Liqasında çıxış etmiş komandanı tərk etməsi yeni məqsədlər uğrunda mübarizə istəyindən irəli gəlib:
"İnsanların barəmdə nə düşündükləri və qərarımı anlayıb-anlamadıqları məni narahat etmir. Ola bilsin, onların Çempionlar Liqasından Danimarka komandasına gəlişimin səbəbini dərk etmələri çətindir. Lakin söhbət yalnız gündəlik işdən həzz alma hissindən gedir. "Orxus"da yeni məqsədlər üçün işə başlamaq imkanım oldu. Köməkçi-məşqçi işi xoşuma gəldiyindən, razılıq verdim".
Selles "Orxus"un hazırkı baş məşqçisi David Nilsenlə əvvəllər Norveç "Strömqodset"ində də birgə çalışıb. O, məhz Nilsenlə münasibətləri səbəbindən dəvəti qəbul etdiyini bildirib. İspaniyalı mütəxəssis Danimarka çempionatındakı azarkeş sayı ilə bağlı problemlərin Azərbaycan Premyer Liqasında da müşahidə olunduğunu söyləyib:
Qeyd edək ki, Ruben Selles "Orxus"da köməkçi-məşqçi qismində 2017-ci il dekabrın 1-də təqdim olunub. Bu komanda Danimarka Super Liqasında 19 oyundan 19 xalla 11-ci pillədə qərarlaşıb. (report.az)
Oxşar xəbərlər
"Qarabağ"ın sabiq məşqçisi "Valensiya"da - Təyinat
“Neftçi” və “Qarabağ”ın sabiq məşqçisi “Valensiya”da
"Qarabağ"da çalışan məşqçi işsiz qaldı
"Qarabağ"ın məşqçisi Danimarkada çalışacaq
İspaniya nəşri “Qarabağ”ın kubok qazanmasından yazdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası