reklam
Millimizin futbolçusu Almaniya klubunda intizamsızlığa yol verib
Sportfm.az xəbər saytı

Millimizin futbolçusu Almaniya klubunda intizamsızlığa yol verib


Almaniyanın “Ayntraxt” klubunun direktoru Fredi Bobiç Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovu tənqid edib.

Sportfm.az xəbər verir ki, 46 yaşlı funksioner “Bild”ə açıqlamasında 18 yaşlı hücumçunun nizam-intizamından narazı qaldıqlarını söyləyib.

Bobiç bildirib ki, fasilə dönəmində proqrama əməl etmədiyi üçün Dadaşovun fiziki durumu zəifləyib. O, yığma üzvünün peşəkar davranmadığını vurğulayıb: “Peşəkar müqavilə çox yaxşı və xoşdur. Lakin ona əməl etmək lazımdır. Bu sözləşməni imzalayan futbolçu peşəkar davranmalıdır. Dadaşov isə qış fasiləsindən sonra komandaya artıq çəki ilə qayıdıb”.

Gənc futbolçu cari mövsümdə “Ayntraxt”ın U-19 komandasının heyətində keçirdiyi 9 oyunda 5 qol vurub, eyni sayda məhsuldar ötürmə verib. Lakin mövsümün ilk yarısındakı oyunların birində qırmızı vərəqə alan Dadaşov 3 oyunluq cəzalanıb. Hazırda onun III Liqada çıxış edən “Halleşer”ə icarəyə veriləcəyinə dair xəbərlər yayılıb. Lakin Bobiç bu barədə heç nə eşitmədiyini söyləyib: “Halleşer”in marağı barədə məlumatsızam. Əsas odur ki, Renatı asanlıqla əldən verməyək. Onun qeyri-adi keyfiyyətləri var”.

Qeyd edək ki, Renat Dadaşov “Ayntaxt”ın əsas komandası ilə birgə İspaniya toplanışına aparılmayıb. (report.az)

Oxşar xəbərlər

Renat Dadaşov “Koventri”yə keçir
Renat Portuqaliyaya hansı şərtlərlə gedib? - Məlum oldu
Portuqaliyada daha bir azərbaycanlı futbolçu çıxış edəcək - FOTO
Renat kimə lazımdır?
“Renat Dadaşov heç bir perspektiv vəd etmir”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər