reklam
Renat Dadaşov “Koventri”yə keçir
Sportfm.az xəbər saytı

Renat Dadaşov “Koventri”yə keçir


Millimizin futbolçusu Renat Dadaşov İngiltərənin “Koventri” klubunda çıxış edə bilər.

Sportfm.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı Fərid Ələkbərov adlı jurnalistə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, II diviziondan I diviziona (Çempionşip) yüksəlmiş klub “Vulverhempton”da əsas heyətə düşə bilməyən 21 yaşlı R.Dadaşovu sıralarına qatmaqda maraqlıdır.

Onun xidmətində “Mançester Yunayted”in sabiq futbolçusu, “Koventri”nin 50 yaşlı baş məşqçisi Mark Robinsin şəxsən maraqlı olduğu deyilir. Hazırda futbolçunun icarəyə götürülməsi üçün “Vulverhempton”la danışıqlar aparılır.

Qeyd edək ki, Renat Dadaşov 2020-ci ilin yanvar ayında I divizion klubu “Birminhem”ə icarəyə verilməyə yaxın olsa da, transfer pəncərəsi bağlandığından keçid baş tutmamışdı. (azerisport)

Oxşar xəbərlər

Renat Dadaşov "Trabzonspor"a keçir
Renat Dadaşov "Qrasshoppers"də - FOTO
Millimizin futbolçusu İngiltərə klubunun hədəfində - İcarəyə götürmək istəyir
Millimizin futbolçusu Çempionşip klubuna keçə bilmədi
Renat Dadaşov klubunu dəyişmədi - Transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər