reklam
Portuqaliyada daha bir azərbaycanlı futbolçu çıxış edəcək -
Sportfm.az xəbər saytı

Portuqaliyada daha bir azərbaycanlı futbolçu çıxış edəcək -FOTO


Milli komandamızın və Almaniyanın "Ayntraxt" klubunun hücumçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib. 

Sportfm.az xəbər verir ki, 19 yaşlı forvard karyerasını Portuqaliyada davam etdirəcək. Dadaşov ikinci liqa təmsilçisi "Eştoril"lə müqavilə imzalayıb. Lakin sözləşmənin detalları barədə məlumat verilməyib. 

Qeyd edək ki, Dadaşov ötən il "Ayntraxt" klubu ilə peşəkar müqavilə imzalasa da, əsas komandada şans qazana bilməmişdi. Mövsümün gedişində komanda yoldaşını və məşqçisini döyən Renat komandadan qovulmuşdu.

Oxşar xəbərlər

Millimizin üzvü Portuqaliyada davam edəcək - Müqavilə
Renat Dadadoş Premyer Liqa klubuna transfer olunur!
Renat Dadaşov qol vurdu
Renat Portuqaliyaya hansı şərtlərlə gedib? - Məlum oldu
“Renat Dadaşov heç bir perspektiv vəd etmir”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər