reklam
Marek Royko:
Sportfm.az xəbər saytı

Marek Royko: "Azərbaycan Polina Rəhimovayla qürur duya bilər"


Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Royko komandamızın heyətində Polina Rəhimovanı fərqləndirib:

"Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim. Çox vaxt onlar bizi qiymətləndirməyib. Ancaq bu gün belə deyildi. Komandamız rəqibə hörmətlə yanaşırdı. Voleybolçularımız bir seti qazandıqdan sonra daha inamlı oynamağa başladı. Bu gün servislərdə çoxlu səhvlərə yol verdik. Azərbaycan dünyanın ən yaxşı oyunçularından biri olan Polina Rəhimovayla qürur duya bilər. Üçüncü setdə qalib gəlsəydik, hər şey fərqli ola bilərdi. Ancaq bunu bacarmadıq. Nəticədə oyun da əldən getdi”.

Oxşar xəbərlər

"Rəsmən mərkəzi əldən verdik" - Samir Abasov
"Şerif"in baş məşqçisi:"Hücum edə bilməzdik"
Polina Rəhimova: "Fənərbaxça"nın üzvü olduğum üçün xoşbəxtəm"
Klub prezidenti:"Biz bu asılılıqdan qürur duyuruq”
Polina Rəhimova Yaponiyada ən dəyərli voleybolçu seçildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər