reklam
Ağır atletika üzrə Azərbaycan çempionatına start verildi
Sportfm.az xəbər saytı

Ağır atletika üzrə Azərbaycan çempionatına start verildi


Martın 24-də Şüvəlan qəsəbəsində, Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatına start verilib.

Sportfm.az xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Körpücük üzərinə ilk olaraq qadın ağır atletlər çıxıblar. Qızıl medala toplam 169 kiloqram (74+95) nəticə və 253,42 xalla Səbinə Əzimova sahib çıxıb. İkinci yeri 183 kiloqram (80+103) nəticə və 243,91 xalla Elnarə Abbasova, üçüncü yeri 149 kiloqram (66+83) nəticə və 236,17 xalla Mərziyyə Məhərrəmova tutub.

Qaliblər Sinkleyr cədvəli üzrə müəyyənləşib.

Qeyd edək ki, çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi və qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Oxşar xəbərlər

Əvəz Azərbaycan çempionatında əvəzolunmazdır
Mərziyyə Azərbaycanın ən güclü qadınıdır - FOTO
Ağır atletika üzrə Azərbaycan çempionatı start götürdü
Azərbaycan çempionatında qaliblər məlum oldu
Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər