Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
EURO 2016: Macarıstandan qələbə, Portuqaliya itki ilə başladı - VİDEO
Avropa çempionatında qrup mərhələsində ilk tura yekun vurulub. Sportfm.az saytının məlumatına görə, sonuncu 4 komanda da turnirdə debüt edib.
İlk olaraq meydana Avstriya və Macarıstan milliləri çıxıblar. Qarşılaşmaya yaxşı başlayan macarlar bütün cəhdlərə baxmayaraq ilk hissədə hesabı aça bilməyiblər. İkinci hissədə daha da aktivləşən komanda Salai və Ştiberin qolları ilə 2:0 hesablı qələbə qazanıb.
Qrupun digər matçında isə Portuqaliya və İslandiya yığmaları üz-üzə gəliblər. Demək olar ki, matçın tamamını hücumda keçirən portuqallar yarım saatın tamamında hesabı açıblar. Nani fərqlənib. Qoldan sonra da təzyiq davam etsə də, ilk hissə elə bu hesabla da bitib. İkinci hissəyə isə İslandiya qolla başlayıb. 50-ci dəqiqədə Byarnasson bərabərliyi gətirən qola imza atıb. Qalan dəqiqələrdə pireneylilər çox cəhd etsələr də, hesabı dəyişmək mümkün olmayıb.
Avropa çempionatı
Qrup mərhələsi
"F" qrupu
20:00. Avstriya - Macarıstan 0:2
Qollar: Salai, 63, Ştiber, 87.
Hakimlər: Kleman Turpen, Frederik Kano, Nikolas Danos (hamısı Fransa)
Əlavə köməkçi hakimlər: Benoit Bastien, Fredi Fautrel (hamısı Fransa)
Dördüncü hakim: Xesus Gil Manzano (İspaniya)
Bordo. "Bordo" stadionu.
Avstriya: 1. Robert Almer, 3. Aleksandr Draqoviç, 4. Martin Hinteregger, 5. Kristian Fuş, 7. Marko Arnautoviç, 8. David Alaba, 10. Zlatko Yunuzoviç, 11. Martin Harnik, 14. Yulian Baumqartiner, 17. Florian Klayn, 21. Mark Yanko
Ehtiyat oyunçular: 12. Haynz Lindner, 23. Ramazan Özcan, 2. Györgi Qariçs, 6. Stefan İlsanker, 9. Rubin Okotiye, 13. Markus Suttner, 15. Sebastyan Prödl, 16. Kevin Vimmer, 18. Alessandro Şöpf, 19. Lukas Hinterseer, 20. Marsel Şabitser, 22. Yakob Yançer
Macarıstan: 1. Qabor Kiray, 2. Adam Lanq, 4. Tamas Kadar, 5. Atilla Fiola, 7. Balaş Cucak, 8. Adam Naqi, 9. Adam Salai, 10. Zoltan Gera, 11. Kristian Nemet, 15. Laslo Klaynhaysler, 20. Riçard Quzmiçs
Ehtiyat oyunçular: 12. Denes Dibuşz, 22. Peter Qulaşi, 3. Mihail Korhut, 6. Akoş Elek, 13. Daniel Böde, 14. Görge Lovrenisçis, 16. Adam Pinter, 17. Nemanya Nikoliç, 18. Zoltan Ştiber, 19. Tamas Prişkin, 21. Barnabas Bese, 23. Roland Yuhaz
23:00. Portuqaliya - İslandiya 1:1
Qol: Nani, 31 - Byarnsson, 50
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Ongün (hamısı Türkiyə)
Əlavə köməkçi hakimlər: Hüseyn Göçek, Barış Şimşək (hamısı Türkiyə)
Dördüncü hakim: Karlos del Kerro (İspaniya)
Sent-Etyen. "Joffrua Qişar" stadionu
Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 5. Rafael Gerrero, 6. Rikardo Karvalyo, 7. Kristiano Ronaldo, 8. Joa Moutinyo, 10. Joa Mario, 11. Vierinya, 13. Danilo, 15. Andre Qomes, 17. Nani
Ehtiyat oyunçular: 12. Antoni Lopes, 22. Eduardo, 2. Bruno Alves, 4. Joze Fonte, 9. Eder, 14. Villiam Karvalyo, 16. Renato Sançes, 18. Rafa Silva, 19. Eliseu, 20. Rikardo Quaresma, 21. Sedrik, 23. Adrien Silva
İslandiya: 1. Hanes Halldorson, 2. Birkir Severson, 6. Ranyar Siqurdson, 7. Yohan Qudmundsson, 8. Birkir Byarnsson, 9. Kolber Siqtorson, 10. Gilfi Siqurdson, 14. Kari Arnason, 15. Con Dadi Bödvarsson, 17. Aaron Qunnarson, 23. Ari Skulason
Ehtiyat oyunçular: 12. Öqmundur Kristinsson, 13. İnqvar Yonsson, 3. Hakur Heydar Hokson, 4. Hyörtur Hermansson, 5. Sverir İnqasson, 11. Alfred Finboqasson, 16. Run Mar Siquryansson, 18. Elmar Byarnsson, 19. Hordur Maqnusson, 20. Emil Hallfredson, 21. Arnor İnqvi Traustason, 22. Eydur Qudyonson
Oxşar xəbərlər
EURO 2016: Fransa yarımfinalda - VİDEO
EURO 2016: İslandiya və İtaliya 1/4 finalda! - VİDEO-YENİLƏNİB
EURO 2016: İtaliya, Belçika və İrlandiya 1/8 finalda - VİDEO
EURO 2016: Belçikadan qələbə, Portuqaliya və İslandiya xal itirdi - VİDEO
EURO 2016: Cüneyt Çakırın idarə edəcəyi ilk matç bəlli oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı















Misli Premyer Liqası