Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan cüdoçusu beynəlxalq turnirdə bürünc medal qazandı
Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə "World Masters" turnirinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, turnirin sonuncu günü Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.
Yüz kiloqram çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov üçüncü yer uğrunda mübarizədə ev sahibi Kiril Denisova qalib gələrək bürünc medala sahib olub.
Xatırladaq ki, yarışın ilk günü Hidayət Heydərov da (73 kq) bürünc medal qazanmışdı.
Qeyd edək ki, 46 ölkədən 212 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan milli komandası yeddi cüdoçu ilə təmsil olunub.
Oxşar xəbərlər
Hidayət Heydərov Sankt-Peterburqda bürünc medal qazandı
17 idmançımızdan 4-ü medal qazandı
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
Cüdoçularımız Avropada 1-ci olublar
Elxan Məmmədov medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası