reklam
Elxan Məmmədov medal qazandı
Sportfm.az xəbər saytı

Elxan Məmmədov medal qazandı


Ümummilli lider Heydər Əliyev adına cüdo üzrə "Böyük Dəbilqə" beynəlxalq turnirinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan millisi aktivinə daha 3 medal yazdırıb.

90 kq çəki dərəcəsində təmsilçimiz Məmmədəli Mehdiyev və 100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov ölkəmizə gümüş medal qazandırıblar.  Bu çəkidə qaliblərə mükafatı Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov və Olimpiya çempionu Nazim Hüseynov təqdim ediblər.

100 kq çəki dərəcəsində çıxış edən Elxan Məmmədov isə bürünc medala sahib olub.

Bununla da, "Böyük Dəbilqə” turnirində millimiz 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.

Oxşar xəbərlər

Cüdoçumuz Avropa çempionu oldu
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
Cüdoçularımız Avropada 1-ci olublar
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb
Azərbaycan cüdoçularından Avropa kubokunda 7 medal

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər