reklam
17 idmançımızdan 4-ü medal qazandı
Sportfm.az xəbər saytı

17 idmançımızdan 4-ü medal qazandı


Polşanın Bielsko Biala şəhərində yeniyetmələr arasında Avropa kubokuna yekun vurulub.
Sportfm.az xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha iki medal yazdırıb.

+90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məhəmməd Abdullayev yalnız final görüşündə məğlub olaraq mötəbər turnirin gümüş medalını qazanıb. 90 kq çəki dərəcəsində mübarizə aparan Cəfər Əkbərli isə bürünc medala sahib olub.

Xatırladaq ki, yarışın ilk günü cüdoçularımız Əli Əsgərzadə (50 kq) və Davud Abbaslı (60 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, 25 ölkədən 490 yeniyetmə cüdoçunun (284 oğlan, 206 qız) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 17 cüdoçu (15 oğlan, 2 qız) ilə təmsil olunurdu.

Oxşar xəbərlər

Cüdoçularımız 4 medal qazandı
Cüdoçularımız Avropada 1-ci olublar
Cüdoçularımız Antalyada 3 qızıl və 1 bürünc medal qazandılar
Azərbaycan cüdoçularından Avropa kubokunda 7 medal
Azərbaycan millisi Avropa kubokunu 8 medalla başa vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər