Ukraynanın klub prezidenti axtarışa verilib
Ukraynanın "Karpatı" futbol klubunun prezidenti Pyotr Dıminski axtarışa verilib.
Sportfm.az xəbər verir ki, 63 yaşlı funksioner ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinir.
O, hələ araşdırmaların başlandığı vaxt ölkənin hüdudlarını tərk edib və hazırda hüquq-mühafizə orqanlarından gizlənir.
Avqustda Lvov yaxınlığında "Mercedes S 65 AMG" markalı avtomobilin "Opel"lə toqquşması nəticəsində bir qadın ölüb. İstintaqçıların versiyasına əsasən, həmin vaxt qəza törədən maşının sükanı arxasında yol hərəkəti qaydalarını pozan şəxs Dıminski olub. Lakin biznesmenin mühafizəçisi maşını məhz özünün sürdüyünü iddia edib. O, 2 aylıq həbs cəzası alsa da, təhqiqatçılar faciənin günahkarının klub prezidenti olduğunu bildiriblər. Funksioner sorğu-suala çağırılıb və ondan DNT analizi verməsi tələb olunub. Lakin istintaqın gedişində Dıminski çağırışlara məhəl qoymadan İsveçrənin Cenevrə şəhərinə uçub.
Müəyyən olunub ki, avtomobilin sükanı arxasında, qəzaya görə məsuliyyəti üzərinə götürmüş klub prezidentinin mühafizəçisi olmayıb.
Oxşar xəbərlər
Xəsarət alanların son durumu açıqlandı - FOTO
Futzal klubunun sabiq prezidentinə 1,5 milyon "atdı”, Afrikaya qaçdı - İnsident
Sabiq vitse-prezident qaçdı - Federal axtarışa verildi
Növbəti həbs - Klub prezidenti polis tərəfindən saxlanıldı
Açıq-saçıq fotoları ilə hər kəsi təəccübləndirən qadın klub prezidenti oldu - Yenilik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası