Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək
Bu gün keçiriləcək 2 oyunla futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.
Sport.az xəbər verir ki, qarşılaşmalar Bakıda keçiriləcək.
Əvvəlcə "Keşlə" ilə "Kəpəz", daha sonra "Zirə" ilə "Neftçi" komandaları üz-üzə gələcək. Bu cütlüklər ötən mövsüm də eyni mərhələdə qarşılaşıblar. "Neftçi" "Zirə"ni (3:0, 2:1), "Keşlə" isə "Kəpəz"i (2:0, 0:0) üstələyib.
Azərbaycan Kuboku, 1/4 final, İlk oyunlar
10 dekabr (bazar)
14:00. “Keşlə” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektior: Murad Məmmədov
“İnter Arena”
16:00. “Zirə” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadionu
Oxşar xəbərlər
28-ci turun təyinatları məlum oldu
Əliyar Ağayev Qəbələyə göndərilir
Kubokda cavab matçlarının hakimləri məlum oldu
Əliyar Ağayev Sumqayıta, Rauf Cabbarov Qəbələyə yollanır
Rəhim Həsənov "dincəlir", Fariz Yusifov Zirəyə yollanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası