reklam
“Qarabağ” UEFA Gənclər Liqasında sonuncu oyununu keçirib
Sportfm.az xəbər saytı

“Qarabağ” UEFA Gənclər Liqasında sonuncu oyununu keçirib


Dekabrın 5-də UEFA Gənclər Liqasında qrup mərhələsinin sonuncu turunda “Qarabağ” komandası növbəti oyununu keçirib.

Sportfm.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu U-19 komandası “Tre Fontane” stadionunda “Roma”nın qonağı olub. Matçın 19-cu dəqiqəsində “Roma”nın heyətində Zakaria Sdaiqui hesabı açıb. Qarşılaşmanın 36-cı dəqiqəsində Vicente Besuijen ikinci topu “Qarabağ”ın qapısından keçirib. Fasiləyə meydan sahibləri 2:0 hesablı üstünlüklə yollanıblar.

Görüşün ikinci hissəsində “Qarabağ” qapısında üçüncü topu görüb.

Oyunun 81-ci dəqiqəsində Ludoviko Dorazio fərqlənib.

Beləliklə, matç “Roma”nın 3:0 hesablı üstünlüyü ilə başa çatıb.

Oxşar xəbərlər

"Qarabağ"a qol vurdu, müqaviləsini uzatdı
“Sumqayıt” səfərdə “Kəpəz”i üç cavabsız qolla məğlub etdi
“Qarabağ” komandası Madridin “Atletiko” klubuna qalib gəlib
“İnter” doğma meydanda “Kəpəz”i məğlub etdi
"Qarabağ" ilk səfərini Londona edəcək - təqvim bəlli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər