Taekvando üzrə yığmamız Kot-Divuarda Qran-Pri yarışlarında iştirak edəcək
Dekabrın 2-3-də ağır atletika üzrə Azərbaycan kuboku turniri keçiriləcək.
Azərbaycan Ağır Atletika Federasiyasından Sportfm.az saytına bildiriblər ki, yarışda şəhər və rayonlardan, idman klub, cəmiyyət və mərkəzlərindən, UGİM-lərdən hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet qüvvəsini sınayacaq.
Azərbaycan kubokunun keçirilməsində məqsəd atletlərin hazırlıq vəziyyətinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.
Turnir Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək.Dekabrın 2-də Kot-Divuarın paytaxtı Abidcan şəhərində taekvando üzrə Qran-Pri yarışlarının final mərhələsi keçiriləcək.
Sportfm.az xəbər verir ki, iki gün davam edəcək yarışda mübarizə aparmaq üçün kişilərdən ibarət Azərbaycan milli komandasının dörd üzvü noyabrın 29-da Abidcan şəhərinə yollanıb.
Dünya Taekvando Federasiyasının Olimpiya reytinq cədvəlində ilk pillədə yer alan idmançılarımızdan Radik İsayev (80 kq-dan yuxarı) və Milad Beigi Herçəqani (80 kq), eləcə də reytinqdə yeddinci pillədə qərarlaşan Ayxan Tağızadə, 15-ci olan Məhəmməd Məmmədov (hər ikisi 68 kq) mükafatlar uğrunda döyüşlərə qatılacaqlar.
Turnirdə qalib idmançı aktivinə 80, ikinci yerin sahibi 48, üçüncü yeri tutan idmançılar isə 28,8 reytinq xalı əlavə edəcəklər.
Baş məşqçilər Reza Mehmandoust, Elnur Amanov və böyük məşqçi Rəşad Əhmədovun rəhbərliyi ilə turnirə yollanan taekvandoçularımız dekabrın 5-də Vətənə qayıdacaqlar.
Xatırladaq ki, Rusiyada start götürən Qran-Pri turnirinin sonrakı mərhələləri Mərakeşdə və Böyük Britaniyada keçirilib.
Oxşar xəbərlər
Ağır atletika üzrə ölkə çempionatı keçiriləcək
Azərbaycan kubokuna yekun vuruldu
Ağır atletlər Şüvəlanda toplanacaq - Azərbaycan Kuboku keçiriləcək
Paşa İbrahimli Azərbaycan kubokunun qızıl medalçısı oldu
Ağır atletika üzrə Azərbaycan kuboku uğrunda turnir keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası