reklam
Ağır atletika üzrə Azərbaycan kuboku uğrunda turnir keçiriləcək
Sportfm.az xəbər saytı

Ağır atletika üzrə Azərbaycan kuboku uğrunda turnir keçiriləcək


Dekabrın 2-3-də ağır atletika üzrə Azərbaycan kuboku turniri keçiriləcək.

Sportfm.az saytı xəbər verir ki, yarışda şəhər və rayonlardan, idman klub, cəmiyyət və mərkəzlərindən, UGİM-lərdən hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet qüvvəsini sınayacaq.

Azərbaycan kubokunun keçirilməsində məqsəd atletlərin hazırlıq vəziyyətinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

Turnir Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək.

Oxşar xəbərlər

Ağır atletika üzrə ölkə çempionatı keçiriləcək
Azərbaycan kubokuna yekun vuruldu
Ağır atletlər Şüvəlanda toplanacaq - Azərbaycan Kuboku keçiriləcək
Paşa İbrahimli Azərbaycan kubokunun qızıl medalçısı oldu
Taekvando üzrə yığmamız Kot-Divuarda Qran-Pri yarışlarında iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər