Ağır atletika üzrə ölkə çempionatı keçiriləcək
Fevralın 21-23-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.
Sportfm.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və AAAF-ın birgə təşkil etdiyi yarışda ölkəmizin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.
Çempionatda şəhər və rayonlarda fəaliyyət göstərən idman cəmiyyət, klub və mərkəzlərinin, Uşaq Gənclər İdman məktəblərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atleti mübarizə aparacaq.
Azərbaycan çempionatının təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.
Oxşar xəbərlər
Azərbaycan kubokuna yekun vuruldu
Ağır atletlər Şüvəlanda toplanacaq - Azərbaycan Kuboku keçiriləcək
Ağır atletika üzrə Azərbaycan çempionatı start götürdü
Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
Ağır atletika üzrə Azərbaycan kuboku uğrunda turnir keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası