Azərbaycan jurnalistləri üçün Formula 1 yarışları ilə əlaqədar təlim keçiriləcək
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yerli idman jurnalistləri üçün Formula 1 ilə əlaqədar "Sürətin nəbzini tut - 2" adlı ikigünlük praktiki təlim keçirəcək.
Sportfm.az xəbər verir ki, 13-14 dekabr 2017-ci il tarixlərində baş tutacaq təlim Formula 1 yarışlarını Sky Sports və BeIN Sports kanallarında işıqlandırmış britaniyalı jurnalist və peşəkar avtoidman şərhçisi Kristofer Medland və beynəlxalq təcrübəyə malik multimedia mütəxəssisi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) İdman Jurnalistikası Proqramının rəhbəri Den Meyson tərəfindən tədris olunacaq.
Təlimin keçirilməsində əsas məqsəd yerli idman jurnalistlərinin avtoidman sahəsində ixtisaslaşmış peşəkar xarici mütəxəssislərin təcrübəsindən faydalanmasını təmin etməkdir. Bu təlim zamanı iştirakçılar Formula 1 aləmi və onun ətrafında baş verənlər haqqında müxtəlif istiqamətlər üzrə xəbər hazırlamağa dair praktiki biliklər alacaq və qazanılmış yeni biliklər Multimedia Layihəsi çərçivəsində fərdi şəkildə sınaqdan keçiriləcək.
Təlimə müraciətlərin qəbulu 6 dekabr 2017-ci il tarixində saat 17:00-dək davam edəcək. Təlimə yazılmaq istəyənlər ərizə formasını müvafiq qaydada doldurmalı və bu formanı tələb olunan digər sənədlərlə birlikdə email vasitəsilə mövzu hissəsində "Sürətin nəbzini tut - 2" qeyd etməklə media@bakugp.az elektron ünvanına göndərməlidirlər. Təlim iştirakçıları edilən müraciətlər arasından müsabiqə yolu ilə seçiləcəklər. Seçim prosesindən uğurla keçən jurnalistlərə dekabrın 8-də iştirakın təsdiqinə dair məlumat veriləcək.
Oxşar xəbərlər
IJF Akademiyasının ekspertləri Azərbaycanda - Təlim
Formula 1 üçün media nümayəndələrinin akkreditasiyasına start verildi
2018 Formula 1 Azərbaycan Qran Prisinə yerli medianın akkreditasiyası ilə bağlı seminar keçirildi
Jurnalistlərə Formula 1 təlimi
Marşalların qeydiyyatı başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası