Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Amerika Kuboku: İkinci yarımfinalçı müəyyənləşdi - VİDEO
ABŞ-da keçirilən Amerika Kubokunda daha bir yarımfinalçının adına aydınlıq gəlib. Sportfm.az saytının məlumatına görə, bu gün səhər 1/4 final mərhələsinin ikinci qarşılaşması baş tutub.
Turnirin favoritləri arasında göstərilən Kolumbiya qrupda Braziliya kimi nəhəng komandanı məğlub edərək yolunu kəsən Peru ilə üz-üzə gəlib. Qarşılaşma ərzində qapılara qol vurulmadığından, penaltilər seriyasına müraciət edilib. Həlledici zərbələri daha dəqiq yerinə yetirən Kolumbiya yığması ABŞ-dan sonra ikinci yarımfinalçı olub.
Sabah isə 1/4 finalın növbəti iki görüşü oynanılacaq. Bakı vaxtı ilə saat 03:00-da Argentina Venesuelanı, 06:00-da isə Çili Meksikanı sınağa çəkəcək.
Amerika Kuboku-2016
1/4 final mərhələsi
Peru – Kolumbiya – 0:0
Penaltilərlə 2:4
Oxşar xəbərlər
Amerika Kuboku: Argentina məğlub oldu
Amerika kubokunda finalçılar müəyyənləşdi - VİDEO
Amerika Kuboku: İlk finalçı məlum oldu - VİDEO
Amerika kubokunda ilk yarımfinalçı bəlli oldu - VİDEO
Amerika kuboku: Bütün 1/4 finalçılar məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası