reklam
“Qarabağ”ın xareoqrafiyası 20 min azarkeşi əhatə edəcək
Sportfm.az xəbər saytı

“Qarabağ”ın xareoqrafiyası 20 min azarkeşi əhatə edəcək


Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçında açıqlacaq nəhəng xoreoqrafiya artıq hazırdır.

Sportfm.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada açılacaq xoreoqrafiyada böyük hərflərlə Qarabağ və Azərbaycan sözləri yazılacaq. Bundan başqa klub rəhbərliyi ingiliscə mesaj verməyi də planlaşdırıb.
Xoreoqrafiyada “Far away from home but where you belong” sözləri yazılan böyük pankart da açılacaq. Yəni “Evdən uzaq, amma aid olduğun yer”… Bu cümlə ilə də dünyaya Ağdamın işğal altına olması, bu səbəbdən “Qarabağ”ın doğma yurdundan didərgin düşməsi mesajı veriləcək.
Noyabrın 22-də keçiriləcək qarşılaşmada xoreoqrafiya mərkəzi tribunada nümayiş olunacaq ki, bu da 20 min azarkeşi əhatə edəcək.

Oxşar xəbərlər

"Qarabağ"ın matçı cəmi 5 manata - Bilet satışı
"Neftçi" - "Qarabağ" matçının vaxtı bilindi - Premyer Liqa
"Çelsi" matçına nə qədər bilet satılıb?
"Qarabağ" - "Çelsi" matçında azarkeşləri gözləyən sürpriz
Tarik Elyunussi: Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər