reklam
Ruslan Qurbanov:
Sportfm.az xəbər saytı

Ruslan Qurbanov:"İnanıram ki, hər kəs başa düşəcək"


Premyer Liqanın 12-ci turunda "Neftçi" öz meydanında "Qəbələ"yə 2-3 hesabı ilə məğlub olub. 

Sportfm.az xəbər verir ki, penaltidən fərqlənən "Qəbələ"nin forvardı Ruslan Qurbanov matçdan sonra sosial şəbəkə hesabından künc zərbəsindən sonra komandasının vurduğu qolla bağlı fikirlərini bildirib:"Mən futbolçuyam. İşim futbol oynamaq və komandama xeyir verməkdir. Bəli, top məndən çıxmışdı. Hakim səhv etdi, ancaq, buna görə onu qınamaq lazım deyil. Penaltini mən yerinə yetirdim, çünki hücum xəttində oynayıram və qol vurmalıyam. Bu mövsüm ilk dəfə fərqləndim. "Neftçi"yə, azarkeşlərinə, klub rəhbərliyinə hörmətim sonsuzdur. Orda uzun illər çıxış etmişəm. Mənim haqqımda pis danışmalarını istəmirəm, inanıram ki, hər kəs başa düşəcək ki, bu futboldu". 

Qeyd edək ki, Əliyar Ağayevin idarə etdiyi qarşılaşmanın 56-cı dəqiqəsində Ruslan Qurbanov penalti zərbəsini dəqiq yerinə yetirib. 

 

 

Oxşar xəbərlər

Mahmudov yeni rekorda imza atdı
Ruslan Qurbanov "Neftçi"dən danışdı
Qurbanov komandasından ayrıldı
Axundov və “Sumqayıt” - Penalti rekordları
Millimizin futbolçusu Almaniya klubunun tarixinə düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər