reklam
İŞİD-ə qoşulan boksçu Suriyada öldürülüb
Sportfm.az xəbər saytı

İŞİD-ə qoşulan boksçu Suriyada öldürülüb


Suriyada İŞİD terror təşkilatının tərkibində döyüşən rusiyalı boksçu Vyaçeslav Lapşin öldürülüb

Sportfm.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Ufa şəhərindən olan idmançının bacısı Olqa Lapşina bildirib. Onun sözlərinə görə, 1981-ci il təvəllüdlü V.Lapşin 2002-ci ildə İslam dinini qəbul edib.

2015-ci ildə həyat yoldaşı və 3 uşağı ilə birlikdə Suriyaya yollanan rusiyalı idmançı 2016-cı ilin martında həlak olub. Yaxınlarda onun həyat yoldaşı Rufina 4 uşağı ilə birlikdə Suriyadan geri dönüb. Məlum olub ki, Rufina ərinin ölümündən sonra başqa şəxslə ailə qurub və daha bir övladı dünyaya gəlib.

Qeyd edək ki, Vyaçeslav Lapşin 2006-cı ildə Rusiya çempionu tituluna sahib çıxıb. O, peşəkar rinqdə 58,9 kq çəki dərəcəsində 2005 - 2009-cu illərdə 9 döyüş keçirib və 5 görüşdən qalib ayrılıb.(korner.az)

Oxşar xəbərlər

Totti 17 illik həyat yoldaşından ayrılır - Xəyanət
Dünya və Avropa çempionu dünyasını dəyişdi - 52 yaşında
Azərbaycanlı dünya çempionunun həyat yoldaşı Türkiyə millisində - Seçim
Əfsanəvi boksçu dünyasını dəyişdi - 66 yaşında
Boksçu qətlə yetirildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər