reklam
Əfsanəvi boksçu dünyasını dəyişdi -
Sportfm.az xəbər saytı

Əfsanəvi boksçu dünyasını dəyişdi -66 yaşında


Orta çəki üzrə dəfələrlə mütləq dünya çempionu olmuş məşhur boksçu Marvin Haqler vəfat edib.

Sportfm.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Key Q.Haqler feysbukda məlumat verib.

O, qeyd edib ki, sabiq idmançı 66 yaşında dünyasını dəyişib.

Haqler 1980-ci illərdə rinqdə parlaq çıxışları ilə məşhur olub və “Fövqəladə” ləqəbini alıb. O, bu gün də tarixdə öz kateqoriyası üzrə ən yaxşı boksçulardan biri hesab edilir.

Marvin Haqler bir neçə il boyunca mütləq dünya çempionu titulunu saxlayıb – buna yalnız 1987-ci ildə son qoyulub.

Haqler 67 döyüş keçirib. Bunlardan 62-si qələbə (52 nokaut), 3-ü məğlubiyyət, 2-si heç-heçə ilə başa çatıb.

 

Oxşar xəbərlər

Üçqat dünya çempionu dünyasını dəyişdi - 65 yaşında
Azərbaycan yığmasının və "Neftçi"nin sabiq futbolçusu dünyasını dəyişdi - 51 yaşında
Dünya və Avropa çempionu dünyasını dəyişdi - 52 yaşında
Məşhur restler dünyasını dəyişdi - FOTO
"Xəzər" Regional Liqanın klubuna böyük hesabla məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər