• 01:06 Cümə axşamı
    15 Aprel 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
Qazaxların heyran qaldığı sabirabadlı “Musya”

Qazaxların heyran qaldığı sabirabadlı “Musya” (LAYİHƏ)

Korner.az və Sportfm.az saytlarının "Futzal: klublarımız haqqında bilmədiklərimiz və ölkə futzalında iz buraxanlar" layihəsi çərçivəsində üçüncü yazısı

Bundan öncəki yazılarda oxucular futzalımızın adlı-sanlı isimlərindən olan Allahverdi Babayev və İlqar Abdulovla “tanış oldu”. Bu dəfə 1990-cı illərin sonu 2000-ci illərin əvvəlində adından söz etdirən daha bir futzalçının həyat hekayəsindən xəbərdar olacaqsınız. Onu tanımağa özünün dediklərindən başlamaq qərarına gəldik:”İnanıram ki, Müslüm Hüseynov adını hələ də xatırlayanlar var. Elə arxayın dedim ki, bəlkə də heç yoxdur(gülür). Zarafat edirəm, çoxları məni “Musya” kimi tanıyırdı”. 

Bəs, görəsən necə oldu ki, Sabirabad rayonunda dünyaya gələn Hüseynov Bakıda yerləşən “Spartak” İdman Cəmiyyətinin futbolçusuna çevrildi? Müslümün dilindən eşidək:”Bizim ailəmiz 6 yaşında Sabirabaddan Bakıya köçdü. Ailədə böyük uşaq mən idim. 7 yaşım vardı, dostumla “Spartak”a yollandıq. Orda Fazil Abbasovun rəhbərliyi altında məşqlərə başladıq. Yaxşı yadımdadı, ilk məşqdə 20 dəqiqə idi meydançaya çıxmışdım, məşqçi məni yanına çağırdı. Dedi ki, sabah 2 şəkil gətir, səni tez iştirak ərizəsinə daxil edim. Bir gündən sonra vacib oyunumuz var. Mənimlə futbola gedən dostum bir müddət sonra futboldan ayrıldı. Əslində, mənə futbol sevgisi atamdan keçmişdi. Atam daim futboldan danışırdı, oyunlara gedirdi. Amma, rəhmətlik babam ona futbola davam etməyə icazə verməyib. 16 yaşına qədər Fazil müəllimin yanında “top qovdum”. Bir dəfə məşqdən çıxanda iki nəfər mənə yaxınlaşdı. Neftçala rayonunda yeni komanda yaradıldığını dedilər. Məni, Ruslan Quliyevi və Babək Quliyevi(Sabiq FİFA referisi – red.) ora dəvət etdilər. Babəklə uşaqlıqdan dostluğumuz vardı. Hər ikimiz Keşlə qəsəbəsində yerləşən 201 saylı məktəbdə oxumuşuq. Elə dəvəti də birlikdə müsbət dəyərləndirdik. Getdik, bir müddət orda oynadıq. Babək əla futbol oynayırdı. Sonra əsgərlik vaxtı gəldi. Klubu tərk edib əsgərliyə yola düşdüm”.

Əsgərlikdən qayıtdıqdan sonra Hüseynov bir daha yaşıl meydana çıxmır. Elə futzala gəlişi də həmin dönəmə təsadüf edir:”Hərbi xidmətdən yenicə qayıtmışdım. Mənim Yavər adlı yaxın dostum şirkətlərarası futzal turnirində oynayırdı. “Penzoyl” kollektivinin heyətində çıxış edirdi. Turnirin ¼ final mərhələsində məndən xahiş etdi ki, onlara kömək edim. Sözünü yerə salmadım. Bu parket üzərində ilk çıxışım idi, 23 yaşım vardı. Turnir başa çatdıqdan sonra klub rəhbərliyi mənə müqavilə təklif etdi. 3 il “Penzoyl”un şərəfini qorudum. Sonra “Anqlooyl”un baş məşqçisi Elxan Abdullayevin dəvəti ilə ora yollandım. Həmin vaxt onlar Yüksək Liqaya vəsiqə qazanmışdı. 1998-ci ildə həmin klubda Zaur Ramazanov, Elçin Əzimov, Vitali Borisov, Emin Salmanov kimi “sənətkarlar” oynayırdı. Sonradan Rəcəb Fərəczadə də bizə qoşuldu. Çox mehriban kollektiv idi. Adıma uyğun olaraq hamı məni “Musya” deyə çağırırdı. Sonralar bu ləqəblə tanındım. Yığmaya da elə o mövsüm dəvət aldım. Hacıbala Abdullayev və Əbdülqəni Nurməmmədov çağırıb söhbət etdilər. Məni milli komandada görmək istədiklərini bildirdilər. 2002-ci ildə Vergilər Nazirliyi klubu himayəsinə götürdü. Komandanın adını dəyişib “Tribut” qoydular”. 


Müslüm bəy, “Tribut”un heyətində ilk çempionluğunu yaşayandan sonra klubun dağılmasının şahidi olduğunu deyir:”2003-cü ildə qızıl medalları qazandıq. Komanda isə dağıldı. Bizdə həmişə necə olur? Elə də oldu. Dedilər kim hara istəyir getsin. Özü də həmin vaxt çox güclü çempionat keçirilirdi. Zallar dolu olurdu. Komandamızın heyətində 2 əla “dördlük” çıxış edirdi. Öz zəhmətimə heyfim gəlir. Komanda dağılmasaydı, Çempionlar Liqasında iştirak edəcəkdim. Qismət olmadı! Həmin turnirə isə bizim yerimizə AMMK yollandı. Sonrakı il “Azfarma”ya transfer olundum. Burda bir mövsüm oynadıqdan sonra “Turan AİR” komandasına keçdim. Çempionatın birinci dövrəsindən sonra lider idik. Klub rəhbərliyi toplantı edib, bəyan etdi ki, “Turan AİR” fəaliyyətini dayandırır. Yenə eyni aqibəti yaşadım. Çıxış etdiyim klub dağıldı. İkinci dövrəni “Araz”da keçirdim”.
Hüseynovun futzalda hiyləgər fəndi də olub. Millimizin heyətində həmin fənddən istifadə edib:”Yeri düşəndə, qapıya zərbə vuracaq kimi göstərirdim, amma vurmurdum, “pod sebya” edib, sonra vururdum. Özüm də o hərəkəti çox xoşlayırdım. Yaxşı da alınırdı. 11 il şərəfini qoruduğum millimizin görüşlərində bunu dəfələrlə etmişəm. Ümumiyyətlə yığmada ömrümboyu unutmayacağım anlar yaşadım. Çexiyada Ermənistanı darmadağın edənlərdən biri də mən idim. 2008-ci ildə onlara 9-1 hesabı ilə qalib gəldik. Çexiyadan isə güclü olsaq da, onlara yenildik. İndiki kimi yadımdadı. 2009-cu ildə yığmada çıxışlarımı başa vurdum. Həmin il başıma bir qəribə hadisə də gəldi. Kubokun finalına çıxmışdıq. Matçdan bir gün öncə yuxuda gördüm ki, əsas vaxt bərabərə bitir. Penaltilər seriyasında biz uduzuruq, özü də mən vura bilmirəm. Səhər gəlirik oyuna. Soyunub-geyinmə otağında uşaqlara dedim ki, belə bir yuxu görmüşəm. Penaltilər olarsa, mən vurmayacam. Qarşılaşmanın əsas vaxtı 2-2 hesabı ilə başa çatdı(gülür). Penaltilərə keçdik. Bizimkilər 5 zərbədən 4-ünü qola çevirdi. Rəqib də eyni sayda top vurdu. Növbə mənə çatdı. Sakitcə, zalın çıxışına doğru yönəldim ki, məni görməsinlər. Vurmaq istəmirdim. Allahverdi Babayev də rəqibin heyətində idi, məni gördü. Hakimə yaxınlaşdı ki, Müslüm vurmayıb. Hakim məsələdən duyuq düşdü. Məni penaltini yerinə yetirməyə dəvət etdi. Vura bilmədim(gülür). Görüşü uduzduq. Kuboku əldən verdik. Allahverdidən oldu(gülür). Elə bil hiss etmişdi ki, mən yuxu görmüşəm”.

Yığmada Müslüm Hüseynovla çiyin-çiyinə oynayan Ağatahir Əzimov onun əsl “döyüşçü” olduğunu bildirdi:”Müslüm, əsl komanda oyunçusu, gerçək döyüşçü idi. Qarşılaşmalarda “canını” qoyurdu. İndi belə futzalçılar yoxdu. “Musya” öz oyunu ilə azarkeşlərin rəğbətini qazanmışdı. O indi də çıxıb bir çox cavandan yaxşı oynayar”.
2011-ci ilə qədər Naxçıvan təmsilçisinin formasını daşıyan Müslüm Hüseynov gözlənilmədən “parketi””quma” dəyişir:”Mən arada uşaqlarla qumda oynayırdım. Sonra eşitdik ki, çimərlik futbolu üzrə çempionat olacaq. Biz də futzaldakı uşaqlarla komanda yaradıb, iştirak etmək qərarına gəldik. Mövsümün sonunda isə 2-ci yeri tutduq. Həmin il “parketə” əlvida dedim! Çünki, bir müddət sonra çimərlik futbolu üzrə yığma komandaya da dəvət edildim. Düzdür, müxtəlif turnirlərdə futzal oynayırdım. Ancaq, elə-belə, özüm üçün”.
Futzalda və çimərlik futbolunda adından söz etdirməyi bacaran “Musya” Qazaxıstanda belə top qovub:”Məzahir adlı dostum var. Qazaxıstanın Aktau şəhərində futzal komandası yaratmışdı. Məni ora çağırdı. Yüksək Dəstədə qalmaq onlara son üç matçda qələbə qazanmaq lazım idi. Onlarla razılaşıb Aktauya yola düşdüm. Hər üç qarşılaşmada qalib gəldik. Komanda Yüksək Dəstədə qaldı. Müqaviləmi uzatdılar. Ondan sonra digər komandalar da məni çağırırdı. Uzun müddət orda qaldım, sonra məşqçi kimi çalışmağa başladım”.
Qazaxıstanda zallara gələn azarkeşləri öz oyunu ilə valeh edən Allahverdi Babayev Müslüm Hüseynovun orda çox sevildiyini bildirdi:”Qazaxlar “Musya”nın oyununa heyran idi. Onu çox sevirdilər. Zala toplaşanlar həmişə ondan qeyri-adi hərəkətlər gözləyirdi”.

Müslüm Hüseynov 2000-ci illərdə futzala marağın daha çox olduğunu vurğulayır:”Əsl futzal onda idi. Zallar dolurdu. Hər görüşdə gərgin mübarizə gedirdi. Çempionluq uğrunda 4-5 klub yarışırdı. Düzdür, indi sürət ola bilsin daha çoxdur, o vaxt standart vəziyyətlərdən az istifadə olunurdu. Amma, indi şərait də o dövrdən çox yaxşıdı. Uşaqlar futzalı kiçik yaşlarından öyrənməlidi. 20-25 yaşında yox! İndi, uşaqlar bilmirlə hara getsinlər. Legionerlərin olması klublarımıza xeyirdi. Gərək, səviyyəli əcnəbi olsun ki, yerli uşaqlar onlara baxın nəsə öyrənsin. Təbii ki, onların çox olmasına qarşıyam. Gərək limit qoyulsun. Məsələn, Qazaxıstan çempionatında belədir. Azərbaycanlı futzalçılara inanmaq lazımdı. Yığmada öz oyunçularımız oynamalıdı. O vaxt belə idi”. 
Qeyd edək ki, Müslüm Hüseynov hazırda futzal üzrə Yüksək Liqada mübarizə aparan “Marafon” komandasında məşqçi kimi çalışır.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

скачать dle 10.4 UTF-8Forex для начинающих

8-11-2017
1841
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
18-05-2020
"“Liverpul”dan təklif almışdım” – “Səbail”in futbolçusu
1-05-2020
"Sədərək"də "oboy" satan millinin sabiq üzvü: "Qurban Qurbanovun mənə etdiklərini ömrüm boyu unutmaram"
18-10-2019
Tofiq Mikayılov:
Tofiq Mikayılov: "Mənim adım Böyükağa müəllimin siyahısında yox idi"
10-04-2018
Azərbaycan yığmasının
Azərbaycan yığmasının "ofisiant" futbolçusu - Həyat hekayəsi
11-03-2018
Rəşad Sadıqovun qardaşı: Ondan məsləhət almıram
Rəşad Sadıqovun qardaşı: Ondan məsləhət almıram
31-12-2017
SSRİ yığmasında oynayan azərbaycanlını uçuran
SSRİ yığmasında oynayan azərbaycanlını uçuran ""Xəzri" küləyi" (LAYİHƏ)
21-12-2017
"Fuad Musayev mənə və Mahirə görə onlardan 100 min dollar pul istədi..." (LAYİHƏ)
17-12-2017
"Heyətə baxanda göz yaşlarımı saxlaya bilmədim" - (LAYİHƏ)
14-12-2017
"13 ildir eyni formanı daşıyan "sonuncu Mogikan"" (LAYİHƏ)
5-12-2017
Qapıçı kimi böyük uğur qazanan hücumçu!
Qapıçı kimi böyük uğur qazanan hücumçu! (LAYİHƏ)
22-11-2017
Futzalla maraqlanmayan gənc necə yığmamızın üzvünə çevrildi?
Futzalla maraqlanmayan gənc necə yığmamızın üzvünə çevrildi? (LAYİHƏ)
12-11-2017
Palçıq ucbatından futzalı seçən
Palçıq ucbatından futzalı seçən "Bakılı Maradona" (LAYİHƏ)
4-11-2017
Top oyununa sevdalı ürəkdə gözlənilməz ağrı
Top oyununa sevdalı ürəkdə gözlənilməz ağrı (LAYİHƏ)
22-10-2017
"Parketin unudulan bəzəyi" (LAYİHƏ)
3-09-2017
53 yaşına qədər futbol oynayan Bərdənin
53 yaşına qədər futbol oynayan Bərdənin "at Əli"si - MÜSAHİBƏ
  Xəbər Lenti
"Traktor" heç-heçə ilə başladı - Çempionlar Liqası 14.04.2021, 22:41
"Pandemiya tezliklə başa çatacaq” - Joze Alesio Da Silva 14.04.2021, 21:54
Yığmamız seçmə mərhələyə qələbə ilə yekun vurdu - Avropa çempionatı 14.04.2021, 21:46
Azərbaycanın əməkdar məşqçisi dünyasını dəyişdi - 71 yaşında 14.04.2021, 20:26
Qapalı zalda məşq edə biləcəklər - Avropa çempionatı 14.04.2021, 19:44
Millimizin heyəti açıqlandı - Avropa çempionatı 14.04.2021, 19:39
Nuriyevin komandasından azarkeşlərə "yaşıl işıq" - Stadionun 50 faizi dolacaq 14.04.2021, 18:40
Ən zəngin futbol klubu sahibləri - SİYAHI 14.04.2021, 18:36
Sabiq futbolçu güllələndi - FOTO 14.04.2021, 18:29
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 20 42
2 Qarabağ 20 42
3 Zirə  20 30
4 Sumqayıt   20 26
5 Qəbələ 20 23
6 Səbail 20 18
7 Keşlə 20 17
8 Sabah 20 16
Ətraflı
20-03-2021
Honda
Honda "Neftçi" ilə birgə məşqə başladı - FOTO
26-03-2021
"Bizim üçün vacib test olacaq" - De Byazi
13-04-2021
"Gücümüzü sözdə yox, meydanda deməliyik" - Millimizin oyunçusu
3-04-2021
"Bəzi voleybolçularımız hobbilərini biznesə çeviriblər" - "Azərreyl"in prezidenti
6-04-2021
"De Byazili Azərbaycan yığması meydana qalib gəlmək üçün çıxmır" - VİDEO
18-03-2021
Futbol Akademiyasına avtomobillər alındı
Futbol Akademiyasına avtomobillər alındı 2 ədəd
18-03-2021
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
26-03-2021
"Ana-bacı qatilinin mənə qardaş deməsini qəbul edə bilmərəm" - Şahin Diniyev
22-03-2021
Təxirə salınmış oyunlara hakim təyinatları -
Təxirə salınmış oyunlara hakim təyinatları - I Divizion
22-03-2021
Kramarenkonun taleyinə aydınlıq gəldi -
Kramarenkonun taleyinə aydınlıq gəldi - Klubunda qalacaq
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 16 36
2 Zaqatala 17 34
3 Neftçi-2 16 34
4 Sabah-2 16 29
5 Qarabağ-2 17 26
6 Kəpəz 15 17
7 Qaradağ Lökbatan 16 16
8 Keşlə-2  16 12
9 MOİK 16 10
10 Sumqayıt-2  15 9
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb