Premyer Liqanın ən gənc futbolçusu o oldu
opaz Premyer Liqasının 11-ci turu "Sumqayıt"ın yubiley qələbəsi ilə əlamətdar olub.
Sportfm.az saytı PFL-ə istinadən xəbər verir ki, "Keşlə"ni ev oyununda 3:1 hesabı ilə məğlub edən "gənclik şəhəri" təmsilçisi yüksək dəstədə 50-ci qələbəsini qazanıb. 2011/12 mövsümündən Premyer Liqada çıxış edən sumqayıtlılar buna 207-ci matçda nail olublar. Bir sözlə, komanda keçirdiyi matçların 24 faizində qələbə qazanıb. Hesabında 55 heç-heçə də olan "Sumqayıt" 102 dəfə məğlub olub.
Sumqayıtda keçirilən görüş həm də mövsümün rekordu ilə əlamətdar olub. 87-ci dəqiqədə meydana çıxan Rüfət Abdullazadə 2017/18 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçu olub. O, 16 yaş 291 günlüyündə çempionatda debüt edib.
Oxşar xəbərlər
"Sumqayıt"dan yubiley qələbəsi - Misli Premyer Liqası
30-cu səfər qələbəsi - Azərbaycan Premyer Liqası
“Sumqayıt”dan 75-ci qələbə
“Sumqayıt”dan 70-ci qələbə
“Sumqayıt” yubiley qələbəsini qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası