Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Konte Türkiyədən qisasını aldı
Avropa çempionatının qrup mərhələsində İtaliya yığmasının İrlandiyaya məğlubiyyəti hələ də müzakirə mövzusudu. Apasport.az saytının məlumatına görə, bəzi azarkeşlər Türkiyə yığmasının ən yaxşı üçüncülər arasına düşməməyi üçün italyanların bilərəkdən məğlub olduğunu düşünürlər.
Maraqlıdı ki, Almaniyanın əfsanəvi qapıçısı Oliver Kan da bu fikirdədi.
O, yerli mətbuata açıqlamasında İtaliya yığmasının baş məşqçisi Antonio Kontenin bu məğlubiyyətlə Türkiyədən qisasını aldığını söyləyib: "Konte "Yuventus”a rəhbərlik edəndə 2013-cü ildə Turin klubu "Qalatasaray”a yenilərək (0:1) Çempionlar Liqasının qrupunda qalmışdı. Məncə, həmin matç məşqçinin yadından çıxmayıb və Konte türklərdən o oyunun qisasını İrlandiyaya məğlub olaraq aldı. Buraxılan qola diqqət yetirin. Qapıçı qəsdən boşa çıxdı. İtaliya yığması sadəcə, qələbə qazanmaq istəmədi”.
Qeyd edək ki, Türkiyə millisi "D" qrupunu 3-cü pillədə başa vursa da, ən yaxşı 4 komanda arasına düşə bilməyib və Avropa çempionatı ilə vidalaşıb.
Oxşar xəbərlər
Məşhur məşqçi fırıldaqçının qurbanı oldu
Antonio Konte "İnter" tərk edir
Konte içərisində güllə olan anonim məktub aldı
Kosta "Çelsi"dən ayırılır? - Konte açıqladı
Antonio Konte: "Yeganə şansımız katorqadakı kimi çalışmaq idi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşən Nəcəf və Canni İnfantino qarşılaşmaları izlədi - FİFA U-15 Dünya Çempionatı
-
Millimiz Haiti yığmasına məğlub oldu - Dünya çempionatı
-
“Qəbələ”dən inamlı qələbə - Əvəzedicilər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
11 cüdoçumuz “Böyük Dəbilqə”də iştirak edəcək
-
“Araz-Naxçıvan” bu gün ilk oyununa çıxacaq - Çempionlar Liqası














Misli Premyer Liqası