Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Antonio Konte: "Yeganə şansımız katorqadakı kimi çalışmaq idi"
İtaliya yığmasının baş məşqçisi Antonio Konte Avropa çempionatının 1/4 finalında Almaniyaya məğlub olduqları oyundan sonra fikirlərini bildirib. Komanda.az xəbər verir ki, Konte İtaliyada Almaniya və İspaniyadakı kimi istedadlı futbolçuların olmadığını deyib. O, uğurlu çıxış etmək üçün katorqadakı kimi çalışmaqdan başqa şanslarının olmadığını vurğulayıb: "Bu turnirdə uğurlu çıxış etmək üçün yeganə şansımız katorqadakı kimi çalışmaq idi. Mən demirəm ki, bizim futbolçular istedadsızdı.Ancaq həqiqətin gözünə düz baxmaq lazımdı: İtaliyada almanlarda və ispanlarda olduğu kimi parlaq nəsil yoxdu. Amma uşaqlar əzmlə işləməyi bacardıqlarından dünya futbolunda it-bata düşməyəcəklər. Üstəlik, onu da deyim ki, onlar öz ölkələrini sevirlər”. İtaliya Almaniyaya penalti seriyasında məğlub olaraq, mübarizəni dayandırıb.
Oxşar xəbərlər
Antonio Konte "İnter" tərk edir
Konte: "İbrahimoviç "Mançester Yunayted"lə çempion ola bilməyəcək"
Kosta "Çelsi"dən ayırılır? - Konte açıqladı
De Rossinin oynayıb-oynamayacağı dəqiqləşdi
Konte Türkiyədən qisasını aldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası