reklam
Türkiyənin U-21 yığmasının üzvü
Sportfm.az xəbər saytı

Türkiyənin U-21 yığmasının üzvü "Arsenal"la danışıqlar aparır


"Stuttgart"ın 19 yaşlı yarımmüdafiəçisi Berkay Özcan "Arsenal"ın maraq dairəsinə düşüb.

Sportfm.az xəbər verir ki, Türkiyənin U-21 yığmasında forma geyinən havbek "BeİN Sports"a açıqlamasında bu barədə danışıb.

"Menecerim və mən "Arsenal"la danışıqlar aparırıq. Son 2 mövsümdə meydana çıxdığım oyunlarda London klubunun skautları təşrif buyurur "Arsenal"a transfer olunmaq üçün vaxtımın yetişdiyini hiss edirəm. Orda əsas heyətə düşmək iddiası mənim üçün tezdir. İlk öncə özümü "Stuttgart"da doğrultmaq və inkişaf etdirmək istəyirəm. "Topçular" gələcəkdə formasını geymək istədiyim klubdur. Mesut Özillə də yaxşı münasibətim var. Almaniyaya gələndə vaxt tapan kimi görüşürük. Eyni kafeyə gedirik, bir neçə dəfə qarşılaşmışıq. Saç düzümümüz də eynidir".

"Stuttgart" yetirməsi olan Özcan 2016-cı ildə klubun əsas komandasına keçirilib.

Oxşar xəbərlər

Mesut Ozil danışıqlara başladı - Amerika klubu ilə
Get-gəl, get-gəl, get-gəl, get-gəl, get-gəl - Neçə dəfə oldu?
Mesut Özil gələcəyi ilə bağlı qərarını verdi
"Arsenal"da yeni hücumçu
"Arsenal" "Lester"in daha bir oyunçusunu istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər