Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Meydançaya tennis topları atdılar, hakim matçı saxladı
İngiltərə klubunun fanatları etirazlarını meydançaya tennis toplarını atmaqla bildirib.
Sportfm.az saytı xəbər verir ki, hadisə İngiltərə Çempionşip-də uduzan "Hall Siti"nin meydanında baş verib. Evdə "Nottingem Forest"ə 2-3 hesabı ilə məğlub olan ev sahiblərinin azarkeşləri matçın 19-cu dəqiqəsində məğlubiyyətlərdə günahkar hesab etdikləri klubun sahibi Assem Allama etiraz olaraq tennis toplarını yaşıl meydançaya atıb. Hakim görüşü saxlayıb.
Qeyd edək ki, "Hall Siti" 6-cı dəfə ardıcıl məğlub olur. Klub hazırda turnir cədvəlində 17-ci sırada qərarlaşıb.
Oxşar xəbərlər
Türkiyəli futbolçu "Hall Siti"də
Acun Şotanı istefaya göndərdi - Ayrılıq
“Fənərbaxça”nın oyunçusu “Hall Siti”də - 5 milyona transfer
Acun Ilıcalı İngiltərdə klub alır - 35 milyona
Ən çox qazanan qadın idmançılar - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası