"Baku Fire" mövsümə başlayır, "Hell Energy" qaldığı yerdən davam
Futzal üzrə Birinci və İkinci Liqanın 2017/18-ci il mövsümünün püşkü atılıb.
Sportfm.az xəbər verir ki, bu gün və oktyabrın 28-də Birinci, ayın 29-da isə İkinci Liqada I turun oyunları keçiriləcək. Püşkatma mərasimində qeyd edildiyi kimi, hər iki liqa üçün transfer dövrü oktyabrın 31-də başa çatacaq. Yarışla bağlı tələblərdən biri mövsüm ərzində hər komandanın heyətində 2 qapıçının qeydiyyatdan keçirilməsidir. Əgər hansısa oyunda qolkiperlərdən biri ciddi zədə alarsa və növbəti oyunlarda iştirak etmək durumunda olmazsa, bu zaman yalnız qapıçı sifariş etməyə icazə veriləcək. Həmin qapıçı cari mövsümdə çempionatın hansısa iştirakçısının üzvü olmamalıdır.
I turun matçları Bakı İdman Sarayında keçiriləcək. “Yeni Günəşli” bu turda istirahət edəcək.
Birinci turun təqvimini diqqətinizə çatdırırıq:
27 oktyabr
Saat 19:00 İtaldizayn – Romana
Saat 20:00 “Yasamal-2” –“Baku Fans”
Saat 21:00 “Baku Fire” – “Gilan”
Saat 22:00 “Star” – İFFA
28 oktyabr
Saat 19:00 ADBTİA – “Standard”
Saat 20:00 “Qarabağ” – “Hell Energy”
Oxşar xəbərlər
"Baku Fire" çətin sınaq qarşısında
Veteran futzalçı Azərbaycan Çempionatında 8 qol vurdu
Görüşlərin vaxtında dəyişiklik edildi - Azərbaycanda
"Hell Energy" əsas rəqiblərindən birini zərərsizləşdirdi
“Baku Fire” liderliyə yüksəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası