reklam
Almaniyada Azərbaycan millisinin futbolçusu cəzalandırıldı
Sportfm.az xəbər saytı

Almaniyada Azərbaycan millisinin futbolçusu cəzalandırıldı


Almaniya Futbol İttifaqının İntizam Komitəsi Azərbaycan millisinin yarımmüdafiəçisi Dimitri Nazarovu cəzalandırıb.

Sportfm.az saytı Report-a istinadən xəbər verir ki, buna səbəb "Ertsqebirqe Aue"nin formasını geyinən 27 yaşlı hücumçunun II Bundesliqanın XI turunda "Regensburq"la ev oyunu zamanı birbaşa qırmızı vərəqə almasıdır.

Nazarov komandasının 1:0 hesabı ilə qalib gəldiyi matçın 20-ci dəqiqəsində aut atarkən topu bilərəkdən rəqib futbolçunun başına çırpıb. Nəticədə o, meydandan qovulub. İntizam Komitəsi futbolçunu 3 oyunluq cəzaya, klubunu 3 min avro cəriməyə məruz qoyub.

Bununla bağlı klubun rəsmi saytına açıqlama verən forvard qərarla razılaşdığını və hərəkətindən peşman olduğunu bildirib. O, komandasını çətin vəziyyətdə qoyduğu üçün üzr istəyib: "Özümü bu cür aparmamalı idim. Kluba və komandama zərər vurdum. Ona görə də üzr istəyirəm".

Qeyd edək ki, 11 oyundan sonra hesabında 16 xal olan "Ertsqebirqe Aue" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Oxşar xəbərlər

Mirabdulla maaşından "tərləyəcək" - Cəza
Mirabdulla Abbasova 4 oyunluq cəza
Şeydayevə ağır cəza - 4 oyunluq
Türk futbolçuya sərt cəza - İngiltərədə
AFFA "Qarabağ"ı cərimələdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər