reklam
Avtobuslarla 35 mindən çox sərnişin daşındı -
Sportfm.az xəbər saytı

Avtobuslarla 35 mindən çox sərnişin daşındı -RƏSMİ AÇIQLAMA


UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ”-“Atletiko Madrid” futbol qarşılaşması günü avtobuslarla 35 mindən çox sərnişin daşınıb.

Sportfm.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Atletiko Madrid” futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi missiyasına uyğun olaraq sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri tam şəkildə yerinə yetirib. Oyun günü “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (saat 21:30-dan 00:00-dək müddətdə) 31 sayda marşrut xətti üzrə 23182 nəfər sərnişinin, ayrılmış əlavə 195 ədəd avtobusla isə 12265 nəfər sərnişinin daşınması təmin edilib.

Oxşar xəbərlər

“Qarabağ” – “Qalatasaray” matçına marşrutlar təşkil olunacaq
DYP vətəndaşlara müraciət etdi - "Qarabağ" - "Bazel" oyunu ilə bağlı
“Qarabağ”-“Çelsi” oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq
Yenə "Qarabağ", yenə gücləndirilmiş iş rejimi
Yağış altında qalan minlərlə azarkeşi kim aldatdı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər