reklam
Yağış altında qalan minlərlə azarkeşi kim aldatdı - FOTO
Sportfm.az xəbər saytı

Yağış altında qalan minlərlə azarkeşi kim aldatdı - FOTO


"Qarabağ " klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ilk ev oyununu keçirib.

Sportfm.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Bakı Olimpiya stadionunda İtaliyanın "Roma" klubuna 2:1 hesabı ilə uduzublar.

Bu matç həmçinin Azərbaycan futbolu tarixinə ən çox izlənilən oyun kimi düşüb. Bakı Olimpiya stadionunda oyunu 60 mindən çox azarkeş canlı izləyib.

Oyun günü Bakı Olimpiya Stadionunun ərazisinə şəxsi nəqliyyat vasitələrinin, eləcə də minik avtomobillərinin girişi tam olaraq məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyi azarkeşləri stadiona daşınmasını öz üzərinə götürüb. Lakin verdiyi vədə əməl etməyib. Qarşılaşmadan sonra minlərlə azarkeş yağışın altında metroya qədər piyada getməli olub. BNA-nın ayırdığı X2 Express xətti isə gözə dəyməyib.

Oxşar xəbərlər

DYP vətəndaşlara müraciət etdi - "Qarabağ" - "Bazel" oyunu ilə bağlı
"Qarabağ" hər matçına 30 min azarkeş! - Avropa Liqası
Avtobuslarla 35 mindən çox sərnişin daşındı - RƏSMİ AÇIQLAMA
"Azarkeşlər polis əməkdaşları tərəfindən yalnış yönləndirilib" - Açıqlama
“Qarabağ” – “Roma” oyunu ilə bağlı polisdən xəbərdarlıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər