Dota 2 oyunu üzrə turnir keçiriləcək
Sportfm.az saytı xəbər verir ki, Bakıda Dota 2 oyunu üzrə turnir keçiriləcək.
Yarış haqqında bilgi verən təşkilatçılar Dota 2 oyunu üzə qaliblərinin Türkiyəyə yollanacağını qeyd edir:
Bütün Dota 2 oynayanlar bir araya gələcək və əfsanə oyanacaq.
Komanda yığ, çempionata qoşul və Türkiyəyə - Red Bull Son Şampiyon çempionatına səfər qazan. Türkiyədə keçirilən yarışma ESL seriyalarına daxildir.
Təsnifat mərhələsi - 25 noyabr, Final - 26 noyabr.
Ümumi məlumat:
- Yarış üsulu: 5 vs. 5 (komanda şəklində, komanda 5 nəfərdən ibarətdir).
- Rəqibin istehkamını tamamilə məhv edən komanda oyunun qalibi hesab olunur.
- Qalib, 3 oyun nəticəsində müəyyən olunur.
- Təşkilatçılar, üçüncü tərəfin proqramlarını quraşdıra bilər və/və ya oyun nəticələrini yoxlamaq, yaxud oyun haqqında məlumatların toplanması məqsədilə müşahidəçi qismində yarışa qoşula bilər.
Əsas oyun sazlamaları:
- Creepskip icazəlidir.
- Backdoor icazəlidir.
- Restart veriləcək təqdirdə oyuna birinci dəfə olduğu şəkildə başlanılmalıdır.
- Oyunçular eyni qəhrəmanları, start predmetlərini və sərhədləri seçməlidirlər.
- Sərhədlərin dəyişdirilməsinə qəhrəmanların və kriplərin sərhəddə qarşılaşmasından sonra icazə verilir.
- Roshan və ya kriplərdən (düşmən və/və ya neytral) intihar və ölüm vasitəsilə Divine Rapier ötürülməsi qadağandır.
- Həmçinin bu yolla qənimət Divine Rapier-in ötürülməsi də qadağandır.
- Predmetlərin miqdarına məhdudiyyət qoyulmur.
Bu qaydalar aşağıdakı hissələrdə dəyişdirilə bilər:
- Təşkilatçıların qərarına əsasən rəsmi oyunların son patç/reliz versiyalarını istifadə etmək.
- Son patç/reliz versiyalarının istifadəsi üçün tələb olunan istənilən oyun sazlamaları və faktorlardan istifadə etmək.
- Dələduzluq (cheating) əleyhinə proqram və/və ya funksiyalarından istifadə etmək.
- Yarışmanın keçirilməsi zamanı meydana çıxa biləcək fərqlərin tələb etdiyi oyun sazlamaları və yaxud təlimatları.
Təsnifat mərhələsi - 25 noyabr, Final - 26 noyabr.
Qeydiyyat - http://redbull.az/soncempion
Oxşar xəbərlər
Ölkə kubokunda 6 əvəzetmə olacaq
Futbol federasiyası xəbərdarlıq etdi - Müəlliflik hüquqları qorunmalıdı
Azərbaycan Kibersport Federasiyasının təqdimatı olub - FOTO
Kompyuter oyunu üçün 7.4 milyonluq mükafat fondu!
KATV1 Azərbaycan Kiber İdman Federasiyasının tərəfdaşı oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin



.png)











Misli Premyer Liqası