reklam
Azərbaycan Premyer Liqasının XII turunun oyun cədvəli müəyyənləşdi
Sportfm.az xəbər saytı

Azərbaycan Premyer Liqasının XII turunun oyun cədvəli müəyyənləşdi


Futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunun oyun cədvəli müəyyənləşib.

Sportfm.az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış matçında – noyabrın 17-də “Qarabağ” klubu “Sumqayıt”ı qəbul edəcək.

Turun ikinci günündə “Keşlə” klubu “Zirə” ilə qarşılaşacaq. Günün digər oyununda isə “Səbail” səfərdə “Kəpəz”in qonağı olacaq.

Noyabrın 19-da isə “Neftçi” və “Qəbələ” klubları üz-üzə gələcəklər.

Qeyd edək ki, turnir cədvəlinə 25 xalla “Qarabağ” başçılıq edir. “Zirə” klubu 24 xalla ikinci pillədədir. İlk üçlükdə isə 22 xalla “Qəbələ” qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (16), “Neftçi” (13 xal), “Səbail” (9), “Keşlə” (8) və “Kəpəz” (7) yer alıblar.

 

Oxşar xəbərlər

Azərbaycan Premyer Liqasının XIX turunun oyun cədvəli müəyyənləşi
Azərbaycan Premyer Liqasının XIII turunun oyun cədvəli müəyyənləşdi
Bu gün Azərbaycan Premyer Liqasında XI tura start veriləcək
Azərbaycan Premyer Liqasının XI turunun oyun cədvəli müəyyənləşdi
“Qəbələ” klubu səfərdə “Sumqayıt”ı minimal hesabla məğlub edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər