Azərbaycan Premyer Liqasının XI turunun oyun cədvəli müəyyənləşdi
Futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunun oyun cədvəli müəyyənləşib.
Sportfm.az xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçında – noyabrın 4-də “Qəbələ” öz meydanında “Səbail” klubunu qəbul edəcək. Günün digər oyununda isə “Sumqayıt” klubu “Keşlə” ilə qarşılaşacaq.
Turun ikinci günündə “Qarabağ” səfərdə “Kəpəz”in qonağı olacaq. Günün növbəti qarşılaşmasında “Zirə” və “Neftçi” klubları üz-üzə gələcəklər.
Qeyd edək ki, turnir cədvəlinə 22 xalla "Qarabağ" başçılıq edir. "Zirə" klubu 21 xalla ikinci pillədədir. İlk üçlükdə isə 19 xalla "Qəbələ" qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Neftçi” (13 xal), “Sumqayıt” (13), “Səbail” (9), “Keşlə” (8) və “Kəpəz” (7) yer alıblar.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqasının XIX turunun oyun cədvəli müəyyənləşi
Azərbaycan Premyer Liqasının XIII turunun oyun cədvəli müəyyənləşdi
Azərbaycan Premyer Liqasının XII turunun oyun cədvəli müəyyənləşdi
Bu gün Azərbaycan Premyer Liqasında XI tura start veriləcək
“Qəbələ” klubu səfərdə “Sumqayıt”ı minimal hesabla məğlub edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası