"Liverpul"dan darmadağın, "Beşiktaş"dan növbəti qələbə
Oktyabrın 17-də UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin üçüncü turuna start veriləcək.
Sportfm.az xəbər verir ki, turun birinci günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar üz-üzə gələcəklər.
“G” qrupunda yer alan Türkiyə təmsilçisi “Beşiktaş” klubu səfərdə “Monako”nun qonağı olacaq. Turun maraqla gözlənilən matçlarından biri isə “F” qrupunda yer alan “Mançester Siti” və “Napoli” komandaları arasında oynanılacaq. UEFA Çempionlar Liqasının sonuncu qalibi “Real Madrid” isə “Santyaqo Bernabeu”da “Tottenhem” klubu ilə qarşılaşacaq.
Gün ərzində aşağıdakı görüşlər keçiriləcək:
“E” qrupu
“Maribor” (Sloveniya) – “Liverpul” (İngiltərə) 0-7
“Spartak Moskva” (Rusiya) – “Sevilya” (İspaniya) 5-1
“F” qrupu
“Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya) 2-1
“Feyenoord” (Hollandiya) – “Şaxtyor” (Ukrayna) 1-2
“G” qrupu
“Leypsiq” (Almaniya) – “Portu” (Portuqaliya) 3-2
“Monako” (Fransa) – “Beşiktaş” (Türkiyə) 1-2
“H” qrupu
“Real Madrid” (İspaniya) – “Tottenhem” (İngiltərə) 1-1
APOEL (Kipr) – “Borussiya Dortmund” (Almaniya) 1-1
Oxşar xəbərlər
Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı - "Qalatasaray" "Real"la eyni qrupda
Çempionlar Liqasının V turunun növbəti oyunları keçirilib
Çempionlar Liqasında gecənin nəticələri
"Beşiktaş" çətin sınaq qarşısında - Çempionlar Liqasının qrup mərhələsində 2-ci tur
"Qarabağ"ın rəqibləri məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası