reklam
DÇ-2018-in pley-off matçlarında hansı yığmalar bir-biri ilə qarşılaşa bilər?
Sportfm.az xəbər saytı

DÇ-2018-in pley-off matçlarında hansı yığmalar bir-biri ilə qarşılaşa bilər?


Rusiyada keçiriləcək dünya çempionatında Avropadan iştirak edəcək son 4 komandanın taleyi noyabrda keçiriləcək pley-off matçlarından sonra bilinəcək.

Sportfm.az xəbər verir ki, oktyabrın 16-dakı açıqlanacaq FİFA reytinqindən sonra püşk üçün səbətlərin tərkibi bilinəcək.

Lakin artıq indidən tərkibləri bilmək mümkündür. İndiyə olan, yəni sentyabrda açıqlanmış FİFA reytinqinə görə durum belədir:

14 sentyabrda açıqlanmış FİFA reytinqinə görə

Səpələnmişlər: İsveçrə (7-ci yer, 1210 xal), İtaliya (17, 1035), Xorvatiya (18, 977), Şimali İrlandiya (20, 945)

Səpələnməmişlər: İsveç (23, 918), Danimarka (26, 848), İrlandiya (34, 769), Yunanıstan (47, 665)

Ancaq komandaların oktyabrda keçirdiyi 2 oyuna əsasən ayın 16-da açıqlanacaq cədvəldə dəyişiklik olacaq. Şimali İrlandiya Almaniya və Norveçə uduzduğu görüşlərə görə xalında azalma olacaq. Danimarka isə əksinə, Monteneqro üzərində qələbə və Rumıniya ilə heç-heçəyə görə reytinqdə yüksələcək. Bu isə o deməkdir ki, Danimarka səpələnmişlərdə, Şimali İrlandiya isə səpələnməmişlərdə olacaq.

16 oktyabrda açıqlanmış FİFA reytinqinə görə

Səpələnmişlər: İsveçrə (1135), İtaliya (1066), Xorvatiya (1013), Danimarka (1001)

Səpələnməmişlər: İsveç (872), Şimali İrlandiya (889), İrlandiya (866), Yunanıstan (682)

Mənbə:Prosport.az

 

Oxşar xəbərlər

İsveçrə və Xorvatiya milliləri DÇ-2018-ə vəsiqə qazandı
Xorvatiyadan inamlı, İsveçrədən minimal hesablı qələbə - DÇ-2018: Avropa zonasında pley-off mərhələsi
Avropada DÇ-2018-in pley-off mərhələsinin ilk oyunları başlayır
Pley-off görüşlərinin vaxtları bilindi
DÇ-2018: İsveç İtaliyaya, Yunanıstan Xorvatiyaya rəqib oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər