reklam
Dünya çempionumuz yenidən zirvədə
Sportfm.az xəbər saytı

Dünya çempionumuz yenidən zirvədə


Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Sportfm.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-prinin yekununa əsasən müəyyənləşən siyahını Azərbaycan millisi üçün uğurlu saymaq olar.

Belə ki, yarışı 5-ci yerdə bitirən Elxan Məmmədov müəyyən fasilədən sonra yenidən zirvəyə yüksəlib. O, 100 kq çəki dərəcəsində bütün rəqiblərindən öndədi. Dünya çempionumuzla eyni çəkidə mübarizə aparan Elmar Qasımov 1 pillə geriləyərək, 4-cü yerə enib.

Komandamızda ən çox irəliləyən isə Mehman Sadıqov olub. 60 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz Qran-pridə 5-ci olmaqla, reytinq xalını 566-ya çatdırıb. Bu, ona mövqeyini 24 pillə yaxşılaşdırmağa imlan verib.

Zaqrebdən çempion kimi dönən Rüstəm Orucov (73 kq) yenə 2-cidi. Onunla eyni çəkidə tatamiyə çıxan Hidayət Heydərovun da mövqeyi dəyişməz qalıb - 5. Komandamızın heyətində Məmmədəli Mehdiyev (90 kq) və İrina Kindzerska (+78 kq) da yerini qoruyub. Onlar yenə müvafiq olaraq, 12-ci və 8-cidi. Tural Səfquliyev (90 kq) isə irəliləyənlər arasındadır. O, 2 rəqibini arxada qoymaqla, 14-cü pilləyə qalxıb.

Digər aparıcı cüdoçularımıza gəlincə, Xanım Hüseynova (63 kq) 2, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüfət İsmayılov (81 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) hərəyə 1 pillə geriləyiblər. Onlar müvafiq olaraq, 54-cü, 3-cü, 12-ci, 21-ci, 36-cı və 43-cü yerdədilər.

Oxşar xəbərlər

10 cüdoçumuz reytinq cədvəlinin ön sıralarında
Beynəlxalq Cüdo Federasiyasının yeni reytinq cədvəli açıqlandı
Cüdoçuların yeni reytinq cədvəli açıqlandı
Orucov və Heydərovun mövqeləri dəyişməz qaldı
Rüstəm Orucov liderliyini davam etdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər