Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İniyestadan Ardaya dəstək
İspaniya millisinin futbolçusu Andres İniyesta Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Turana dəstək olub.
Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, İniyesta "Barselona"dakı komanda yoldaşının türkiyəli azarkeşlər tərəfindən fitə basılmasının onu da məyus etdiyini bildirib:
"Öz azarkeşlərin tərəfindən fitə basılmaq hər bir oyunçu üçün çox ağırdır. Bu vəziyyət məni də məyus etdi. Ardanın ölkəsini nə qədər sevdiyini, istedadlı və keyfiyyətli futbolçu olduğunu bilirəm. Matçdan sonra ona yaxınlaşdım və turnirin qarşıdakı oyunları üçün uğurlar arzuladım".
Qeyd edək ki, ilk görüşdə Xorvatiyaya 0:1 hesabı ilə uduzan Türkiyə millisi dünən İspaniyaya da məğlub olaraq (0:3) qrupdan çıxmaq şansını xeyli azaldıb.
Oxşar xəbərlər
"Qalatasaray" azarkeşləri Ardaya hücum etdi - FOTO
Döyülən jurnalist Arda Turanı məhkəməyə verəcək
Özil Almaniya ilə Türkiyə münasibətlərindən danışdı
Luis Enrikedən Arda Turana tərif
Arda? Harda?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası