• 10:59 Çərşənbə axşamı
    21 Mart 2023
  • OLİMPİZM
  • Voleybol
  • Futbol
  • Güləş
  • Cüdo
  • Boks
  • Futzal

  • Uşaq futbolu
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
    • Footvolley
    • Teqball
reklam
reklam

"“Qəbələ” ilə yanaşı, “Qarabağ” və “Neftçi”də bizim uşaqları yığıb aparır" (LAYİHƏ)

Korner.az və Sportfm.az saytlarının "Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?" layihəsi çərçivəsində iyriminci yazısı

Gəncə Azərbaycanın “Futbol Məkkəsi”dir. Bu fikri hər kəs təsdiq edir. Sovetlər İmperiyasının tərkibində olduğumuz dönəmlərdə “Neftçi” ilə yanaşı, Azərbaycan futbolunun “lokomotiv”i rolunu məhz “Dinamo” Kirovabad oynayırdı. Ancaq ölkəmiz müstəqillik qazandıqdan sonra Gəncə futbolu üzərinə götürdüyü rolu başqalarına verməyə başladı. Hazırda Premyer Liqada sonuncu sıralarda qərarlaşan “Kəpəz”in durumu hər kəsi əndişələndirir. Görünür ölkəmizdə ən çoxsaylı azarkeş kütləsinə malik olan Gəncə əfsanəvi "Kəpəz"inin geri dönüşünü çox gözləməli olacaq. Nə qədər acınacaqlı olsa da, ölkəmizin ikinci böyük şəhərində iddialı klubun formalaşdırılması üçün infrastruktur yoxdu və tez bir zamanda bu problemin həll olunması gözlənilmir. Əsas komandanın düşdüyü ağır vəziyyətin fonunda “Kəpəz”in gələcəyi necə görünür?Klubun aşağı yaş qrupları üzrə komandalarında hansı işlər görülür?Gəncə klubunda gənclər futbolunun inkişaf proqramının icrası sabiq futbolçu, hazırda “Kəpəz”in əvəzedicilərinin baş məşqçisi olan Azər Məmmədovun nəzarətindədir: “Hazırda bizdə uşaq-gənclər futbolunun axsamasını sırf infrastrukturla bağlı olduğunu deməliyəm. Şəraitlə əlaqədar olaraq, bu istiqamətdə ciddi nailiyyətlər qazanmaq mümkün deyil. Düzdür, digər klublarda stadion, baza məsələləri yavaş-yavaş yoluna qoyulur. Ancaq bu da azdır. Sadəcə bir misal çəkim. “Qarabağ”ın 19 yaşlı futbolçularının “Çelsi”li həmyaşıdları ilə qarşılaşmasını çoxumuz izlədik. London klubunun təlim-məşq bazasında keçirilən oyunda şəraiti öz gözlərimizlə gördük.

Saysız-hesabsız meydançalar, 28 öt örtüklü stadion, gənclərin bazada qalması üçün yüksək şərait yaradılıb. Belə olan təqdirdə, futbolçu necə yetişməsin?Bizim futbolumuzun, klublarımızın həmin səviyyəyə çatması üçün yəqin ki, çox vaxt lazımdır. Bizim gənclərlə çalışan məşqçilərimizin əsas düşüncəsi odur ki, məşqi harada keçim? Həmçinin, çoxları kimi məşqçilər də diqqətini məşqlə yanaşı, maddi qayğılarını təmin etməyə yönəldir. Oyun sayının azlığı da öz sözünü deyir. Tez-tez müxtəlif beynəlxalq turnirlər keçirilir, reqlament dəyişir. Aşağı yaş qrupları üzrə komandaların iştirak etdiyi çempionat matçları vaxtından əvvəl yekunlaşır. Bu çox pisdir. Həmin futbolçular növbəti turnirdə çıxış etmək üçün 5-6 ay gözləyirlər. Avropada belə şey yoxdur. 5-6 ay ərzində ancaq məşqlə orqanizmi inkişaf edən gəncləri məhv edirik. Belə boşluqlar aradan qaldırılmalıdı. Buna baxmayaraq, biz işimizin öhdəsindən gəlirik. Uşaqları tapırıq, onları üzə çıxarırıq, məşq keçirik və müəyyən bir səviyyəyə gətirib çıxarırıq”.
“Komandaların sayı çox olsaydı, belə problemlər yaşanmazdı”
“Kəpəz”in sabiq üzvü gənc futbolçuların “irəli getməsinin” qarşısını alan əsas problemin kökünün haralara gedib çıxması haqqında da bəhs etmək qərarına gəldi:
“Azərbaycanda gənc futbolçular əvəzedici heyətə qədər yüksəldikdən sonra ciddi problemlər yaşanmağa başlayır. Təsəvvür edin, klubun gənclər komandasında 20-22 futbolçu olur, hamısı da gənc. Onlardan cəmi 1-2 nəfərin əsas heyətə düşmək şansı olur, bəzən heç o da olmur. Bəs qalanları? Bu hər klubda belədir. Əgər ölkə çempionatında komandaların sayı çox olsaydı, belə problemlər yaşanmazdı. Əvvəllər Bərdədə, Tərtərdə yetişən oyunçu öz rayonunun komandasında oynayırdı, indi isə həmin uşaqların içərisindən imkanı olanlar Gəncəyə, Bakıya gedir. Bunu isə hamı edə bilmir, indiki vəziyyətdə valideynlərin çoxunun belə bir imkanı yoxdur. Hazırda ölkə ərazisinin 90 faizində futbol adına heç nə yoxdur. Digər tərəfdən əsas komandaların məşqçilər korpusu gənclərə şans verə bilmir, çünki, onlardan nəticə tələb olunur. Azərbaycanda gənclərə inamın az olması da öz sözünü deyir. Yekunda min bir əziyyətlə yetişdirdiyimiz oyunçular ya hərbi xidmətə yollanır, ya da ki, futbolu atır. Onların böyük bir qismi Birinci Divizionda maaş az olduğu üçün orada oynamaq istəmirlər. İstedadlı uşaqlarımız həddindən artıq çoxdur. Elə Gəncə şəhərini götürək. Şəhərin müxtəlif yerlərində məşq keçən uşaqların adi idman ləvazimatları belə yoxdur, mən hələ topları demirəm. Demək olar ki, heç bir uşaq normal topla məşq keçmir. Bütün bunlar varkən, futbol necə inkişaf edə bilər? Hər şey uşaq futbolundan başlayır”.

“Adi bir ötürməni başa sala bilməyənlər var”
Azər bəy, son zamanlar xeyli sayda məşqçinin kateqoriyaya yiyələnməsinə baxmayaraq, onların bəzilərinin yeniyetmələrlə adi məşq prosesini aparmağa belə bilgisinin olmadığı qənaitindədi:”Kurslarda iştirak edirik, kateqoriyaya sahib oluruq. Əsas məsələ ondan sonrakı prosesdi. Klublara qayıdırıq, başlayırıq yenə əvvəlki qaydada işləməyə. Lazım olan düzəlişləri edə bilmirik, uşaqlara normal göstəriş verə bilmirik. Bəli, bunları etiraf etməliyik. Futbol üslübunu, necə oynamaq lazımdır, meydanda necə davranmaq gərəkir, bütün bunları uşaqlara çatdırmırıq. Biz məşqçi lisenziyasını əldə edəndə, daim deyirlər ki, uşaqlarla onların başa düşdüyü “dildə” danışmalıyıq. Ancaq təəssüflər olsun ki, bir çox məşqçinin öz metodu var və ondan vaz geçmək fikrində deyillər. Futboldan anlayışı olmayanlar, adi bir ötürməni başa sala bilməyənlər də var. Sonda isə bütün sadaladıqlarımı bir yerə topladıqda mövcud durum ortaya çıxır. Azərbaycanın qərb zonası, Gəncə şəhərinin özü futbolla “nəfəs alır”. Sizi inandırım ki, burada oyunçu özü-özünə yetişir. Ancaq potensiallı uşaqların çoxunun “Qəbələ”nin uşaq futbol akademiyasına getməsinin qarşısını ala bilmirik. Orda olan şəraiti hamı yaxşı bilir. Bütün respublika “Qəbələ”nin uşaqlar üçün yaratdığı infrastrukturdan danışır.

Valideynlər də uşaqlarının Qəbələyə yollanmasını istəyir. Biz onları da başa düşürük. “Kəpəz” klubu olaraq bu problemin qarşısını almağa çalışırıq. İstəyirik ki, istedadlı uşaqlarımız başqa komandalara getməsin. Stadionda onlar üçün az da olsa, şərait yaradırıq. Valideynlərlə problemlər yaşayırıq, onlar uşaqlarının daha yaxşı yerdə məşq etməsini tələb edirlər. Haqlı tələbdir. Onlarla müqavilə bağlayırıq. Buna baxmayaraq, “Qəbələ” ilə yanaşı, “Qarabağ” və “Neftçi”də bizim uşaqları yığıb aparır. Gəncədə olan uşaq-gənclər idman məktəblərinin məşqçiləri yetişdirdikləri futbolçuları həmin klublara pulla satırlar. Biz bunun da qarşısını almağa çalışırıq. İstəyirik ki, Gəncədə futbolun sirlərini öyrənən uşaq “Kəpəz”də çıxış etsin. “Kəpəz”də 9 yaş qrupu üzrə komandalar var. Nəticələrimiz də pis deyil. Müxtəlif yaş qruplarında medallar qazanmışıq. Ötən illərə nisbətən 17 və 19 yaşlılarımız yaxşı təsir bağışlayır. Bu bizi sevindirir. Onlar bir neçə ildən sonra əsas komandanın üzvlərinə çevrilə bilər”.
“Kəpəz”də gənclərin inkişafını diqqətdə saxlayan mütəxəssis bütün çətinliklərin fonunda “işıq ucunun” olduğuna da işarə vurdu. Belə ki, bu ildən etibarən Gəncə klubu yeniliyə imza atıb: “Komandamızın rəhbərliyi yerli Təhsil İdman Mərkəzi ilə müqavilə bağladı. Müqavilənin şərtlərinə əsasən, idman mərkəzində 15 yaşa qədər uşaqların məşq etdiyi futbol bölməsi “Kəpəz”in balansına keçdi. Bu isə o deməkdir ki, yaxın gələcəkdə biz əsas komandamızda xeyli sayda yerli gənc futbolçuları görə bilərik. O vaxt belə idi. 90-cı illərin əvvələrində “Kəpəz”də gəncəli oyunçu həddindən artıq çox idi. Biz buna nail olmaq istəyirik. Sistemli şəkildə iş aparsaq, 7-10 ildən sonra düşünürəm ki, əsas heyətimiz öz futbolçularımızın hesabına güclənəcək”.
Problemlər girdabında çabalayan Gəncə futbolunda gənclərin ən çox nəyə ehtiyacı olduğunu Məmmədov hamıdan yaxşı bilir. Mütəxəssis bizlər üçün çox maraqlı olan məqamı söyləməyi özünə borc bildi:”Bizim əsas problemimiz meydançadır. Hazırda süni örtüklü stadionlar tikilərsə, bu problem qismən aradan qalxar. Məşq etmək üçün meydançımız yoxdur. Bildiyimə görə, Mərdəkanda yerləşən “Dalğa Arena”nın süni örtüklü qazonu Gəncəyə gətirilib. İndi ümidlə yaşayırıq ki, həmin meydança döşəndikdən sonra problemin bir hissəsi aradan qalxacaq. Orada məşq keçmək rahatdır. İndi Gəncədə çoxlu uşaq komandaları peyda olub.

Uşaqları bir yerə toplayırlar və adını qoyurlar ki, komanda yaratdıq. Oyunlara çıxıb 15-20 hesabı ilə məğlub olurlar. Bir uşağın komandası 20 top buraxırsa, həmin uşaq gələcəkdə necə futbolçu ola bilər? Elə udan komandanın da inkişafından danışmağa dəyməz. Rəqibi aşkar üstələyən oyunçu özünün çatışmamazlığını görə bilməz. Belə komandaları yaradanlar bilirlər ki, AFFA tərəfindən onlara oyunlara getmək üçün pul ayrılacaq. Ləvazimatla təmin olunacaqlar, ona görə də tez-tez elə kollektivlərin yaradılması haqqında eşidirik. Onların olmasından, olmamağı daha yaxşıdı. Mən düşünürəm ki, kəmiyyətdənsə, keyfiyyət olmalıdı. 10 normal komanda 4 dövrəli sistemlə çıxış etsin, o zaman həm oyun sayı çox olacaq, həm də inkişaf gözləməyə dəyər”.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

 

скачать dle 10.4 UTF-8Forex для начинающих

24-09-2017
2135
REKLAM
Biz İzləyin
Bizi Telegram-da oxuyun və İzləyin.
Bizi Twitter-da oxuyun və İzləyin.
Bizi İnstagram-da oxuyun və İzləyin.
Bizi Facebook-da oxuyun və İzləyin.
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
14-02-2020
AFFA potensial şikəstləri necə
AFFA potensial şikəstləri necə "yetişdirir"? - DƏRD
12-06-2019
Azərbaycanda futbolçu yetişməməyin yüz səbəbindən biri
Azərbaycanda futbolçu yetişməməyin yüz səbəbindən biri
19-12-2018
Bizə PRO lazımdır, yoxsa məşqçi ? -
Bizə PRO lazımdır, yoxsa məşqçi ? - QEYD
21-08-2018
"Gəncə futbolun beşiyidir" - Baş məşqçi
5-03-2018
Yunis Hüseynov:
Yunis Hüseynov: Şərait vacibdir
26-12-2017
Məmmədov
Məmmədov "Kəpəz"də uşaq futboluna nəzarət edəcək
22-12-2017
Yunis Hüseynov məşqçilərlə görüşdü və əsas məqsədini açıqladı -
Yunis Hüseynov məşqçilərlə görüşdü və əsas məqsədini açıqladı - FOTO
28-09-2017
"Uşaq futbolu təməldir. Təməl olmasa heç nə əldə edə bilmərik" (LAYİHƏ)
19-09-2017
“Qarabağ”ın gec qalan gəncləri!
“Qarabağ”ın gec qalan gəncləri! (LAYİHƏ)
15-09-2017
“Zirə”nin koordinatoru uşaq məşqçilərindən şikayətləndi: “Bəzən elə fantastik şeylər istəyirlər ki…”
“Zirə”nin koordinatoru uşaq məşqçilərindən şikayətləndi: “Bəzən elə fantastik şeylər istəyirlər ki…” (LAYİHƏ)
8-09-2017
Bir illik öhdəlik və “Neftçi”nin gələcəyi
Bir illik öhdəlik və “Neftçi”nin gələcəyi (LAYİHƏ)
5-09-2017
Boş qalan futbol “soyuducumuz” və Rəşadın “borcu”
Boş qalan futbol “soyuducumuz” və Rəşadın “borcu” (LAYİHƏ)
29-08-2017
Futbolçu kimi effektiv olmayan tərbiyəli uşaqlar!
Futbolçu kimi effektiv olmayan tərbiyəli uşaqlar! (LAYİHƏ)
20-08-2017
Dar küçələr və yox olan ənənələr!
Dar küçələr və yox olan ənənələr! (LAYİHƏ)
17-08-2017
İt-bat olan gənclər və uşaq futbolundan xəbəri olmayanlar!
İt-bat olan gənclər və uşaq futbolundan xəbəri olmayanlar! (LAYİHƏ)
  Xəbər lenti
Millimiz Bosniyada ilk məşqə çıxdı 21.03.2023, 10:32
40 il boyunca stadiona daxil ola bilməyəcək - Dəhşətli cəza 21.03.2023, 09:24
Emreli geriyə dönəcək - Zədə səbəbindən 21.03.2023, 09:12
Bəxtimiz gətirdi, 3 itkiləri var 20.03.2023, 22:11
Murad Musayevin yerinə onu gətirdilər - Dəyişiklik 20.03.2023, 21:57
Millimizin heyəti məlum oldu - Dünya birinciliyi 20.03.2023, 21:52
"Fənərbaxça"nı keçdi, postundan qovuldu 20.03.2023, 18:23
Emrelinin durumu açıqlandı 20.03.2023, 18:21
Donald Geryeni yenidən "Qarabağ" forması ilə görəcəyik - Özü təsdiqlədi 20.03.2023, 17:39
BÜTÜN XƏBƏRLƏR
Misli Premyer Liqası
№ Komanda o x
1 Qarabağ  27 71
2 Sabah 27 62
3 Neftçi 27 56
4 Zirə 27 37
5 Qəbələ  27 36
6 Turan 27 28
7 Kəpəz 27 22
8 Sumqayıt  27 21
9 Şamaxı  27 20
10 Səbail  27 18
Ətraflı
6-03-2023
"Leon Baku" FC pley-offda - UĞUR
1-03-2023
Futbolçunun fiziki və texniki hazırlığı
Futbolçunun fiziki və texniki hazırlığı
25-02-2023
"Qarabağ" 3-cü qrup əlilin 50 manatını kəsdi!
12-03-2023
"Qalatasaray" klubu "Qarabağ"la qarşılaşa bilər
15-03-2023
Günün canlı yayımlanacaq qarşılaşmaları -
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
28-02-2023
"Qarabağ"ın qapıçısının cəzası nə olacaq? - FOTO
3-03-2023
Luka cəzalandı -
Luka cəzalandı - Amma şərti
6-03-2023
Kikboksçular bu dəfə
Kikboksçular bu dəfə "Abşeron"a toplaşır - "Mübarizlər" turniri
7-03-2023
Əvəzedicilərin çempionatı bərpa edilir,
Əvəzedicilərin çempionatı bərpa edilir, "Araz Naxçıvan"ın Premyer Liqaya yolu açıldı
5-03-2023
PFL prezidenti olmayan şeydən necə danışır?!
PFL prezidenti olmayan şeydən necə danışır?!
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz-Naxçıvan 13 37
2 EKOL 13 30
3 Neftçi İK 13 25
4 Baku Fire 13 22
5 Record club.az 13 12
6 Alyans 13 12
7  U-19 13 9
8 Xilə 13 6
       
       
Ətraflı
№ Komanda o x
1 Araz Naxçıvan 5 15
2 MOİK 5 11
3 Turan Tovuz-2 4 9
4 Qəbələ-2 5 9
5 Neftçi-2 4 9
6 Qarabağ-2 5 7
7 Zirə-2 4 7
8 Şamaxı-2 5 7
9 Qaradağ Lökbatan 5 6
10 Mingəçevir 5 6
11 Səbail-2 4 6
12 Zaqatala 5 6
13 Sumqayıt-2 4 3
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb