Məhməkə Nicat Muxtarov haqqında qərar verdi - RƏSMİ
Oğurluğa görə saxlanılan futbolçu Nicat Muxtarov barəsində həbs qətimkan tədbiri seçilib.
Sportfm.az xəbər verir ki, Sumqayıt şəhər Məhkəməsində hakim Vladimir Ruvinovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanın təqdimatına baxılıb. Təqdimat təmin edilib və təqsirləndirilən şəxslər barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da və 15-də şəhər ərazisində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev saxlanılıblar. Aparılan tədbirlərlə onların kabeli İnşaatçılar qəsəbə sakinləri Zaur Eyyubovun və Zaur İlyasovun işlədikləri metal qəbulu məntəqəsinə satmaları müəyyənləşib.
Oğurluğa görə tutulan N. Muxtarov "Sumqayıt" futbol klubunun üzvüdür.
Lent.az
Oxşar xəbərlər
Azərbaycanda həbsdən çıxan futbolçu komandasına qələbə qazandırdı
"Nicat Muxtarov azadlıqdadır, buna sevinirik, amma..." - "Sumqayıt” klubu
Həbs edilən Nicat Muxtarov "Sumqayıt"ı məğlubiyyətdən belə xilas edib - VİDEO
Nicat Muxtarovun azadlığa çıxması ilə bağlı xəbərlərə DİN-dən təkzib
"Sumqayıt"ın futbolçusu oğurluq etdiyi üçün yaxalandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası