Nicat Muxtarovun niyə oğurluq etdiyi məlum olub!
U-21 millimizin sabiq üzvü Nicat Muxtarovun kabel oğurluğu ittihamı ilə həbs olunması hamını təəccübləndirib.
Sportfm.az saytı xəbər verir ki, Muxtarov ötən mövsümün 26-cı turunda hakimləri təhqir etməsinə görə 4 oyunluq cəzalandırılıb və 3200 manat cərimə olunub. Ötən mövsümün son iki turunda, eləcə də bu mövsüm "Sumqayıt”ın "Kəpəz” və "Qəbələ” ilə oyunlarında meydana çıxmayan Nicat cəzasını çəksə də, pul PFL-ə ödənilməyib.
“Futbol+” qəzetinin araşdırmasını görə, "Sumqayıt”dan ona bildiriblər ki, cəriməni özü ödəməlidi və nə qədər ki, pulu ödəməyib PFL onun meydana çıxmasına icazə verməyəcək. Qəzetə məlumat verən mənbə iddia edib ki, futbolçu "Sumqayıt”la müqaviləsini qarşılıqlı razılıq əsasında pozmaq istəyib, amma onu buraxmayıblar. 3200 manatı tez düzəltmək, meydana çıxmaq həvəsiylə dost-tanışa ağız açan Nicat yekunda uşaqlıq dostlarının təklifi ilə oğurluğa əl atıb. Nəticədə isə özü dəmir barmaqlıqlar arasına düşüb.
Oxşar xəbərlər
"Sumqayıt" oğurluq etmiş futbolçusu ilə vidalaşdı
Nicat Muxtarovun acı karyerası - Kabel oğrusu olan futbolçu klubsuz qaldı
"Nicat Muxtarov azadlıqdadır, buna sevinirik, amma..." - "Sumqayıt” klubu
Həbs edilən Nicat Muxtarov "Sumqayıt"ı məğlubiyyətdən belə xilas edib - VİDEO
Nicat Muxtarovun azadlığa çıxması ilə bağlı xəbərlərə DİN-dən təkzib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası